AZ RU EN

Azərbaycan

Azərbaycan mənşəli toponimlərin Ermənistanda  dəyişdirilməsi tarixi faktlarla

Азербайджан

Переименование топонимов азербайджанского происхождения в Армении историческими фактами

Azerbaijan

Historical evidence of renaming of the toponyms of Azerbaijani origin in Armenia

Toponimlər

* Dəyişilmiş ad - Əsl ad - Dəyişilmə tarixi

  • Abovyan - Ellər - İrəvan quberniyasının İrəvan qəzasında kənd. 9 sentyabr 1930 - cu ildə yaradılan Kotaykın, indiki Abovyan rayonunun tarixi adı və rayon mərkəzi. Erm.SSR AS RH-nin 12.X.1961-ci il fərmanı ilə adı dəyişdirilib Abovyan qoyulmuşdur.
  • Abovyan - Yuxarı Ağbaş - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erm.SSR AS RH-nin 1.XII.1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Abovyan qoyulmuşdur.
  • Açacur - Haçasu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Kəndin adı 1920-ci ildə kalka üsulu ilə dəyişdirilib Açacur (Haçasu) qoyulmuşdur.
  • Acibac - Acıbac - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Toponim türk dilində «hündür dağ a şırımı» mənasında işlənən acı sözü ilə Azərbaycan dilində «düzən yerdə tirə, təpəcik, hündür yer» mənasında işlənən bazı sözünün fonetik forması olan bac sözünün birləşməsindən əmələ gəlmişdir. Acı sözü Dağlıq Altayın türk mənşəli toponimlərin tərkibində aju//ajı formalarında işlənir. Acı sözü qədim türk dilində aju formasında «geniş dərə», «yarğan», «çökəklik» mənalarında işlənmişdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Acibac qoyulmuşdur.
  • Ağavnadzor - Babakişi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Ağavnadzor qoyulmuşdur.
  • Ağbyurak - Ağpara - Axta (Razdan) rayonunda kənd. Toponim qədim türk dilində «kiçik, xırda» mənasında işlənən ağ sözü ilə «hissə, torpaq sahəsi» mənasında işlənən para sözünü birləşməsindən əmələ gəlmişdir. Kəndin adı erməniləşdirilərək Ağbyurak qoyulmuşdur.
  • Ağdan - Yuxarı Ağdan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Erm.SR AS RH-nin 25.V.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Ağdan qoyulmuşdur.
  • Ağncadzor - Ağkənd - Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Toponim qədim türk dilində «kiçik, balaca» mənasında işlənən ağ sözü ilə türk dilində «yaşayış məntəqəsi», «şəhər» mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Ağncadzor qoyulmuşdur.
  • Akanavanavank - Salah - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Akanavanavank qoyulmuşdur.
  • Aknaliç - Ayğırgöl - Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Aknaliç qoyulmuşdur.
  • Aknaşen - Yuxarı Xatunarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Aknaşen qoyulmuşdur.
  • Aknaxbyur - Aşağı Ağdan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Toponim türk dilində «kiçik, alçaq, çox da hündür olmayan» mənasında işlənən ağ sözü ilə «çöl, səhra, açıq yer» mənasında işlənən dan sözünün birləşməsindən əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 25.V.1967-cı il fərmanı adı ilə dəyişdirilib Morut, ll.XI.1970-ci il fərmanı ilə dəyişdirilərək Aknaxbyur qoyulmuşdur.
  • Akori - Tamaşalıq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Arpaçayın sol qolunun adıdır. Adı dəyişdirilib Akori qoyulmuşdur.
  • Akunk - Başkənd - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Akunk qoyulmuşdur.
  • Akunk - Gözlü – İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Akunk qoyulmuşdur.
  • Akunk - Qırxbulaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında,indi Basarkeçər (Vardenis) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Akunk qoyulmuşdur.
  • Alagöz - Böyük camışlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə camışlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə adı dəyişdirilib Alagöz (Alaqəz) qoyulmuşdur.
  • Alliçmedz - Alagöz> - Göyçə gölünün cənub-şərqində göl. İndi Alliçmedz adlanır.
  • Alvar - Düzkənd - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Alvar qoyulmuşdur.
  • Amberd - Qızqala - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Əştərək rayonunda qala. Qalanın adı dəyişdirilib Amberd (Yanaşı qala) qoyulmuşdur.
  • Amretəzə - Karvansara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Amretəzə qoyulmuşdur.
  • Ani - Ağin - Ağin (Ani) rayonunda kənd. Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. Hal-hazırda rayon statusundadır.
  • Ankavan - Misxana - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. Erm. SSR AS RH-nin 1.XII.1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Ankavan qoyulmuşdur
  • Antaraşat - Dortnu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Erm.SSR AS RH-nin 29.VI.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Antaraşat qoyulmuşdur.
  • Antarut - İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Erm.SSR AS RH-nin 1.XII.1948 - cu il tarixli fərmanı ilə adı dəyişdirilib Antarut qoyulmuşdur.
  • Anuşavan - Bəykənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Toponim qədim türk dilində «təpə, yüksəklik» mənasında işlənən bək (bak bəy) sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlib «təpəlik, dağlıq yerdə yerləşən kənd» mənasını bildirir. 1920-ci ildə adı dəyişdirilib Pokr Parni, Erm. SSR AS RH-nin 7.V.1969 -cu il fərmanı ilə yenidən adı dəyişdirilib Anuşavan (Anuş şəxs adıdır) qoyulmuşdur
  • Apaqa - Yuxarı Türkmənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.19.1935-ci il fərmanı ilə adı dəyişdirilib Apaqa qoyulmuşdur.
  • Aparan - Baş Abaran - İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd. İndi Abaran rayonunda şəhər tipli qəsəbə və rayon mərkəzi. Toponim Azərbaycan dilində «əsas» mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Erm. SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Aparan qoyulmuşdur
  • Apavan - Sarıyar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Ermənistan prezidenitinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Apavan qoyulmuşdur.
  • Apitakasar - Ağdağ- Göyçə mahalında, Kəvər (Kamo) rayonunda dağ. Oronim qədim Azərbaycan dilində «uca, hündür» mənasını bildirən ağ sözü ilə «düzənlikdən ətəkləri, yamacları və zirvəsi ilə seçilən, dik vəziyyətdə ucalmış, 500 m-dən artıq olan yüksəklik» mənasında işlənən dağ sözünün birləşməsindən əmələ gəlmişdir. Adı dəyişdirilib Apitakasar qoyulmuşdur.
  • Aqarakadzor - Ağyar - Şərur-Dərələyəz qəzasında, Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Kəndin ilkin adı Əyar olmuşdur. Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara kömək edən şəhər yoxsullarından ibarət təbəqə» mənasında işlənən əyar sözü əsasında formalaşmışdır. Nəsil adı bildirir. Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyişdirilib Aqarakadzor qoyulmuşdur.
  • Aqarakdzori kamurc - Dədəli - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Körpü Əyar kəndində Arpa çayın üstündən salınmışdır. Adı dəyişdirilib Aqarakdzori kamurc (Aqarakdzor körpüsü) qoyulmuşdur.
  • Aqitu - Ağudi - Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Toponim qədim türk dilində «hörmətli, uca, yüksək» mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aqitu qoyulmuşdur.
  • Aragyuğ - Qaracoran - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Erm. SSR AS RH-nin 4.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Aragyuğ (Arakənd) qoyulmuşdur.
  • Araks - Aşağı Qarxın - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən «aşağı» sözü ilə oğuz tayfalarından olan qarxın (mənbələrdə qarqın, qarkın kimi qeyd edilir) etnonimi əsasında əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Araks (Araz çayının ermənicə adı) qoyulmuşdur.
  • Araksavan - Sabunçu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə dəyişdirilib Araksavan (Araz qəsəbəsi) qoyulmuşdur.
  • Aralez - Qaralar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aralez qoyulmuşdur
  • Arapi - Ocaqqulu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Arapi qoyulmuşdur.
  • Araqadz - Alagöz - İndi Ermənistan adlanan ərazidə dağ. Adı dəyişdirilib Araqadz qoyulmuşdur.
  • Araqadz - Alagöz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə yerləşir. Toponim alagöz türk tayfasının adı əsasında yaranmışdır. Erm.SSR AS RH-nin 31.VII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Araqadz qoyulmuşdur.
  • Araqats - Qəzənfər - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Araqats qoyulmuşdur.
  • Araqats - Şəhriyar - Oktemberyan-Armavir rayonunda kənd, digər adı Yeni Qarun. 1968-ci ildə Araqats adlandırılıb.
  • Araqats - Xıznauz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Erm.SSR AS RH-nin 4.V.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Araqats qoyulmuşdur
  • Ararat - Dəvəli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur.
  • Arataşen - Böyük Zeyvə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən «böyük» sözü ilə ərəb dilində «guşə, künc, bucaq» mənasında işlənən zaviyə sözünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Arataşen qoyulmuşdur
  • Arataşen - Kiçik Zeyvə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Arataşen qoyulmuşdur.
  • Arates - Ayısəsi - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda Aysəsi kəndində qala. VII əsrdə tikilmişdir. Adı yazılı mənbələrdə IX əsrdən çəkilir. Adı dəyişdirilib Arates qoyulmuşdur.
  • Aravet - İlanlı - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur.
  • Arayi - Bazarcıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Toponim kiçiltmə mənası bildirən -cıq şəkilçisinin bazar (basar) türk etnoniminə qoşulması yolu ilə əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 15. VI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Arayi qoyulmuşdur.
  • Arazap - Evcilər - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm.SSR AS RH-nin 10.IV.1947-ci il fərmanı ilə adı dəyişdirilib Arazap qoyulmuşdur.
  • Ardenis - Göllü - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə dəyişdirilib Ardenis qoyulmuşdur.
  • Ardzvanist - Aşağı Alçalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Erm.SSR AS RH-nin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur.
  • Ardzvanist - Yuxarı Adyaman - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. 1950-ci ildə Aşağı Alçalı ilə Yuxarı Alçalı kəndi birləşdirilib Alçalı kəndi adlandırılmışdır. Erm.SSR AS RH-nin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdu---------------- Alçalı
  • Ardzvaşen - Başkənd - İrəvan quberniyasının Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvaşen (Qartalkənd) qoyulmuşdur.
  • Areni - Arpa - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Burada 1321-cı ildə tikilmiş qədim alban abidəsinin-məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırlanır. Toponim Arpa türk şəxs adı əsasında formalaşmışdır. Erm.SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyişdirilib Areni qoyulmuşdur.
  • Areq - Pirmələk - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Areq qoyulmuşdur.
  • Areq - Şivri - Qukasyan rayonunda kənd. Adı dəyişdirilib ermənicə Areq adlandırılıb.
  • Areqnadem - Qaraçanta - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ermənistan SSR AS RH-nin 4.V.1939 - cu il fərmanı ilə adı dəyişdirilib Əzizbəyov, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Areqnadem qoyulmuşdur.
  • Arequni - Satanağac - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Güney qoyulmuşdur. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilib Arequni adlandırılmışdır 00000000000000 Güney
  • Areta - Ayısəsi - Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdır. Toponim vəhşi heyvan mənasında işlənən ayı sözü ilə türk dilində «bataqlıq», «iymiş», «qoxumuş», «nəm», «rütubətli» mənasında işlənən sas//sası sözü əsasında əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızılgül, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Areta qoyulmuşdur.
  • Arevabuyr - Xarratlı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Arevabuyr qoyulmuşdur.
  • Arevadzaq - Qaçağan - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Arevadzaq qoyulmuşdur.
  • Arevaşat - Varmaziar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçtniədzin) rayonunda kənd. Toponim türk dilində «dərə, vadi, dərin yarğan» mənasında işlənən var və ərəb dilində «ziyarət yeri, ziyarət olunan yer, qəbir» mənasında işlənən məzar sözlərindən əmələ gəlib, «dərədə, vadidə olan kənd» mənasını ifadə edir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Arevaşat qoyulmuşdur.
  • Areveşoq - Çikdamal - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Areveşoq qoyulmuşdur.
  • Arevik - Ağcaarx - Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Toponim Azərbaycan dilində «ağımtıl» mənasında işlənən ağca sözü ilə Azərbaycan dilində «su axıtmaq üçün qazılan yol»mənasında işlənən arx sözündən əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Arevik qoyulmuşdur.
  • Arevik - Təpədölək - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə dəyişdirilib Arevik qoyulmuşdur.
  • Arevis - Ərəfsə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Azərbaycan ərazisində ən qədim kənd adıdır (bax: Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti, «Oğuz eli», Bakı, 1998, səh.255). Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Arevis (Ərəfsə sözünün ermənicə tələffüzü) qoyulmuşdur.
  • Arevşad - Yekanlar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Erm.SSR AS RH-nin 15.VII.1969 - cu il fermanı ilə adı dəyişdirilib Arevşad qoyulmuşdur.
  • Arevşat - Aşağı Ağbaş - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Toponim türk mənşəli ağbaş etnonimi əsasında əmələ gəlmişdir. «Aşağı» fərqləndirici əlamət bildirir. Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Arevşat qoyulmuşdur.
  • Arinberd - Qanlı təpə - İrəvan şəhərində qədim qala. İrəvan şəhərinin cənub-şərqində yerləşirdi. Qalanın adı dəyişdirilib Arinberd qoyulmuşdur
  • Arkzi - Adıyaman - Qaranlıq (Martuni) rayonunda çay. Adı dəyişdirilib Arkzi qoyulmuşdur.
  • Armavir - Qurduqulu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Armavir qoyulmuşdur.
  • Arpeni - Palıdlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Arpeni qoyulmuşdur.
  • Arqavand - Cəfərabad - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.
  • Arqavand - Uzunoba - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm.SSR AS RH-nin 10.IV.1947-ci il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.
  • Arşaluys - Körpəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Arşaluys qoyulmuşdur
  • Artaşat - Qəmərli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda yaşayış məntəqəsi. 1930 - cu ilə qədər kənd, sonra qəsəbə, 1961-ci ildən respublika tabeliyində şəhərdir. 1930 - cu ilin sentyabnn 9-da yaradılan Qəmərli rayonunun adı və rayon mərkəzi olmuşdur. Erm. SSR AS RH-nin 4.IX.1945-ci il fərmanı ilə dəyişdirilərək kəndin adı Artaşat, rayonun adı Artaşat rayonu qoyulmuşdur.
  • Artaşavan - İlançalan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1920-ci ildə kəndin adı dəyişdirilib Artaşavan qoyulmuşdur.
  • Artaşen - Qayqulu Düzkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Toponim oğuzların qədim tayfalarından olan qayı etnonimi ilə Qulu şəxs adından, relyef bildirən düz və kənd sözlərindən əmələ gəlib «qayı tayfasından olan Qulunun düzdə saldığı kənd» mənasını bildirir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Artaşen qoyulmuşdur.
  • Artavan - Cul - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı ( Əzizbəyov, Vayk) rayonunda kənd. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
  • Artavaz - Təkəli - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Artavaz qoyulmuşdur.
  • Arteni - Boğutlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Toponim türk dilində «dağ maralı» mənasında işlənən buğut sözünə -lu şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 3l.VIII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Arteni qoyulmuşdur.
  • Artunk - Kəsəmən - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Erm. SSR AS RH-nin 27. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bahar, Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə isə bir daha dəyişdirilib Artunk qoyulub.
  • Aruç - Talış - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin 11. XI. 1970-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aruç qoyulmuşdur.
  • Aruni - Qızılkilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıldaş, Ermənistan prezidentinin 19.IV.1991-ci fərmanı ilə yenidən dəyişdirilib Aruni qoyulmuşdur.
  • Aşosk - Qızılqoç - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə adı dəyişdirilib Verin Qukasyan, 12.X.1956-cı il fərmanı ilə yenidən dəyişdirilərək Qukasyan qoyulmuşdur. 1990-cı ildə Aşosk adlandırılmışdır.
  • Aşotavan - Ağkənd - Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Toponim «kiçik» mənasında işlənən ağ sözü ilə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 17.IV.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aşotavan qoyulmuşdur.
  • Astğaberd - Qızqala - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Kəndin adı erməni dilinə kalka edilərək Astğaberd (Qızqalası) qoyulmuşdur.
  • Astğadzor - Ağqıraq - Qaranlıq (Martuni) rayonunda kənd. Toponim qədim türk dilində «kiçik, balaca», ərazicə çox da geniş olmayan mənasında işlənən ağ sözü ilə, «sahil» mənasında işlənən qiraq sözü əsasında formalaşmışdır. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Astğadzor qoyulmuşdur.
  • Astğadzor - Əliqırıq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. Göyçə gölünə tökülür. Uzunluğu 22 km-dir. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə çayın adı dəyişdirilib Astğadzor qoyulan kəndin adı ilə Astğadzor adlandırılmışdır.
  • Atarbekyan - Əlibəyli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Erm.SSR AS RH-nin 4.IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Atarbekyan qoyulmuşdur.
  • Atarbekyan - Qarnıyarıq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Atarbekyan qoyulmuşdur.
  • Avad - Dəvəxaraba - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonu ərazisində kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Avad qoyulmuşdur.
  • Avazan - Ozanlar - İrəvan quberniyasının Yeni Bayazid qəzasında,indiki Axta (Razdan) rayonunda kənd. Erm. SSR AS RH-nin 31. V. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Avazan qoyulmuşdur.
  • Avşen - Çobanmaz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Avşen qoyulmuşdur.
  • Avtona - Sıçanlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. 1925-ci ildə adı dəyişdirilib Avtona qoyulmuşdur.
  • Axavnadzor - Aynazur - Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Erm.SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Axavnadzor qoyulmuşdur.
  • Axpadzor - Yuxarı Zağalı - İrəvan quberniyasının Göyçə qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Axpadzor qoyulmuşdur.
  • Axperek - Ağbulaq- Çəmbərək (Krasnoselo) rayonunda kənd. Ermənistan Respublikası prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Axperek qoyulmuşdur.
  • Axundov - Dədəqışlaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Erm.SSR AS RH-nin 4.V.1939 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Axundov qoyulmuşdur.
  • Axurik - Türk Qarakilsəsi - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Axurik qoyulmuşdur.
  • Axuryan - Düzkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ılə adı dəyişdirilib Axuryan qoyulmuşdur
  • Aygehovit - Uzuntala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Erm.SSR AS RH-nin 25.V.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Onut, 12.II.1969 - cu il fərmanı ilə yenidən dəyişdirilib Aygehovit qoyulmuşdur.=------ Onut
  • Aygeşad - Hacı Qara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aygeşad qoyulmuşdur.
  • Aygezard - Aşağı Darğalı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Toponim monqol dilində «şəhər, qəza, mahal, vilayət hakimi» mə'nasında işlənən darğa sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib «şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd» mə’nasını bildirir. «Aşağı» fərqləndirici əlamət bildirir. Erm.SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26 komissarlardan olan Anastas Mikoyanın şərəfinə), 30.XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.
  • Aykepat - Məsimli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin I. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilərək Aykepat qoyulmuşdur.
  • Ayntap - Tatar Təzəkəndi - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. 1920-ci ildə kəndin adı erməni dilinə kalka edilərək Tazagyuğ (kyuğ erməni dilində kənd deməkdir) qoyulmuşdur. Erm. SSR AS RH-nin 10. XI. 1970-ci il fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək Ayntap adlandırılmışdır. =-----------Tazagyuğ
  • Ayqabats - İlxı yabı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Ayqabats qoyulmuşdur.
  • Ayqavan - Reyhanlı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Erm. SSR AS RH-nin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Ayqavan qoyulmuşdur.
  • Ayqeşad - Quqark - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ermənistanda inzibati ərazi bölgü. 1930 - cu il 9 sentyabrda rayon kimi yaradılıb. 1930 - cu il sentyabrın 9-na kimi Qarakilsə, 1935-ci ildən 1964 - cü ilə kimi Kirovakan, 1964 - cü ildə Quqark rayonu adlandırılıb. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ayqeşad qoyulmuşdur.
  • Ayqestan - Ayaslı - Qəmərli (Artaşat) rayonunda kənd. Toponim ayaslı etnonimi əsasında əmələ gəlmişdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Ayqestan qoyulmuşdur.
  • Ayqut - Gölkənd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ayqut qoyulmuşdur.
  • Azad - Ağkilsə - Basarkeçər (Vardenis) rayonunda kənd. Kənddə XI-XIII əsrlərə aid qədim alban kilsəsi vardır. Kəndin adı buradakı alban kilsəsindən götürülmüşdür. Toponim rəng bildirən ağ və dini məbəd mənasında işlənən kilsə sözlərindən ibarətdir. Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Azad qoyulmuşdur.
  • Azadaşen - Əliqırıq - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erm.SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Azadaşen qoyulmuşdur.
  • Azatan - Kiçik Qarakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Azatan qoyulmuşdur.
  • Azatan - Qarakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Kəndin adı dəyişdirilib Azatan qoyulmuşdur.
  • Azatavan - Ciğdamlı (Cilçay) - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) kənd. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Azatavan (Azad qəsəbə) qoyulmuşdur.
  • Aznavadzor - Xancığaz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində yerləşir. Erm.SSR AS RH-nin l.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Gözəldərə, sonra Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Aznavadzor qoyulmuşdur.---------------- Gözəldərə
  • Bağaysar - Bəybuğan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonu ərazisində dağ. Adı dəyişdirilib Bağaysar qoyulmuşdur.
  • Bağramyan - Başnalı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Toponim türk mənşəli başnalı tayfasının adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin I.XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Bağramyan qoyulmuşdur.
  • Bambakaşat - Molla Bayazid - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Bambakaşat qoyulmuşdur.
  • Baqaran - Hacı Bayram - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Baxçalar, 3.VII.1968-ci il fərmanı il yenidən dəyişdirilərək Baqaran qoyulmuşdur.
  • Baqravan - Buğdaşen - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Toponim buğda və qədim türk dilində «kənd», «yaşayış yeri» mənasında işlənən şenlik mənasını ifadə edən şen sözündən formalaşmışdır. Erm. SSR AS RH-nin 3.XII.1947-ci il fərmanı ilə adı dəyişdirilib Baqravan qoyulmuşdur.
  • Baqravan - Dərəkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, Ağin (Ani) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.II.1947-ci il fərmanı ilə adı dəyişdirilib Baqravan qoyulmuşdur.
  • Bardzraşen - Bitlicə - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Toponim türk mənşəli bitli etnoniminə -cə şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Erm. SSR AS RH-nin 20.VIII.1954 - cü il fərmanı ilə kəndin adı dəyişdirilib Bardzraşen qoyulmuşdur.
  • Barenat - Bəyrabad - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Toponim türk dilində «təpə, hündür yer, təpəlik» mənasında işlənən bair (bayır) sözü ilə abad sözünün birləşməsindən əmələ gəlmişdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Barenat qoyulmuşdur.
  • Baroj - Düzkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Baroj qoyulmuşdur.
  • Barsravan - Başkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Kəndin adı əvvəlcə dəyişdirilib Məzrə, sonra Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyişdirilib Barsravan qoyulmuşdur.
  • Barsravan - Məzrə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Barsravan qoyulmuşdur.
  • Bartsiruni - Sultanbəy - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov , Vayk) Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Bartsiruni qoyulmuşdur.
  • Başaracur - Şahverdilər - Zəngəzur qəzasında (indiki Gorus rayonu) kənd. 1930-cu ildə Başaracur adlandırılıb.
  • Başqyuğ - Başköy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Toponim Azərbaycan dilində «böyük, əsas, yuxarı» mənasında işlənən baş sözü ilə, türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir. XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur.
  • Batikyan - Kosaməmməd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. Kəndin adı 1924 - cü ildə dəyişdirilib Batikyan qoyulmuşdur.
  • Baytar - Alakilsə - Amasiya rayonunda kənd. 1935–ci ildə adı dəyişdirilib Baytar qoyulmuşdur.
  • Bazmaxpyur - Təkiyə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Erm. SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Bazmaxpyur qoyulmuşdur
  • Bazum - Bozabdal - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. Toponim türk mənşəli boz və abdal etnonimlərinin birləşməsindən əmələ gəlmişdir. Erm SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bazum qoyulmuşdur.
  • Beniamin - Çilovxanlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kynd. Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Beniamin (erməni generalı Qalstyanın adı) qoyulmuşdur.
  • Berd - Tovuzqala - Tiflis quberniyasının Borçalı qəzasında kənd. Kəndin adı 1920-ci ildə dəyişdirilib Berd (qala) qoyulmuşdur. Şəhərin qədim adının birinci komponenti (Tovuz) ixtisar edilmiş, ikinci komponenti olan «qala» erməni dilinə tərcümə edilərək yaşayış məntəqəsi Berd adlandırılmışdır.
  • Berdavan - Qalaça - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Toponim qala sözünə kiçiltmə mənasını bildirən -ça şəkilçisi artırmaqla əmələ gəlib «kiçik qala yanında olan kənd» mənasını verir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Berdavan (Qala qəsəbəsi) adlandırılmışdır.
  • Berdin - Axund Buzovand - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Toponim xəzər türk tayfasından olan bozal etnonimində öz əksini tapan bus etnonimi ilə türk mənşəli abant etnoniminin birləşməsindən əmələ gələn etnotoponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir.
  • Berdkunk - Ağqala- Kəvər (Kamo) rayonunda kənd. Toponim rəng bildirən «ağ» sözü ilə «qala» sözünün birləşməsindən əmələ gəlmişdir. Ermənistanın prezidentinin 19.IV.1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Berdkunk (Qala yeri) qoyulmuşdur.
  • Berkanuş - Oğurbəyli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Berkanuş qoyulmuşdur.
  • Boloraberd - Qurdqulaq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğaqnadzor) rayonunda kənd. Erm. SSR AS RH-nin 10.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Boloraberd (Qurd qala) qoyulmuşdur.
  • Bostan - Bekciqazlı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin adı Becazlı formasında sabitləşmişdir. Toponim qədim türk dilində «möhkəm», «bərk» mənasında işlənən bek sözü ilə qaz (kas) türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 20.VII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bostan qoyulmuşdur.
  • Bujakan - Babakişi - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Kənddə X-XIV əsrlərə aid tarixi abidələr vardır. Antropotoponimdir. Kəndin adı dəyişdirilib Bujakan qoyulmuşdur.
  • Burastan - Qaraxaç - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. 1918-ci ildə kəndin adı dəyişdirilib Tamamlı, 1920-ci ildə yenidən dəyişdirilərək Burastan qoyulmuşdur.
  • Byurayan - Yuxarı Qoylasar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bambakavan, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirələrək Byurayan qoyulmuşdur.
  • Çaykənd - Mahmudlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Erm. SSR AS RH-nin l.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaykənd qoyulmuşdur.
  • Cermuk - İstisu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Cermuk (İstisu) adlandırılmışdır.
  • Çkalovka - Zeynalağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. 1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm.SSR AS RH-nin 22.ll.1939-cu il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır. ---- Aleksandrovka
  • Çknax - Samadərviş - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Erm. SSR AS RH-nin 1.VI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çknax qoyulmuşdur.
  • Cqazadzor - Sarıyaqub - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Cqazadzor qoyulmuşdur.
  • Crahovid - Cəbəçili (Cabaçilu) - İrəvan quberniyasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. Adı dəyişdirilib əvvəlcə Arevşat, sonra isə Erm. SSR AS RH-nin 27. II. 1960-cı il fərmanı ilə Crahovid qoyulmuşdur.
  • Crarat - Çıraqlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd. Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Crarat qoyulmuşdur.
  • Crarat - Yuxarı Qarxın - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiəzdin) rayonunda kənd. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Crarat qoyulmuşdur.
  • Dalar - Böyük Dəlilər - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
  • Danuşavan - Aykehat – Tumanyan rayonunda kənd. Erm.SSR AS RH-nin 2.II.1963-cü il fərmanı ilə adı dəyişdirilib Danuşavan qoyulmuşdur.
  • Daranak - Dərə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Daranak qoyulmuşdur.
  • Darbas - Dərəbas - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Erm.SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Darbas (Darvaza) qoyulmuşdur.
  • Darbink - Kiçik Şollu Dəmirçi - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Dəmirçi, Ermənistanın prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Darbink qoyulmuşdur.
  • Darik - Öksüz - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Darik qoyulmuşdur.
  • Daşdavayr - Böyük Təpəköy - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Toponim Azərbaycan dilində «kiçik dağ, dağ» mənasında işlənən təpə sözü ilə müasir türk dilində «kənd» mənasında işlənən köy sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Daşdavayr qoyulmuşdur
  • Daştakar - Daşlı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Daştakar («daşt» çöl, «kar» daş deməkdir) qoyulub.
  • Davdaşen - Aynalı> - Talin rayonunda kənd. Erm.SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Davdaşen qoyulmuşdur.
  • Davidaşen - Əylənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Erm.SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Davidaşen qoyulmuşdur.
  • Davidbəy - Zeyvə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Erm.SSR AS RH-nin 29.VI.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Davidbəy qoyulmuşdur.
  • Dayrik - İbiş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dayrik qoyulmuşdur.
  • Debed - Xaçkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Debed qoyulmuşdur.
  • Dexsut - Yamancalı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dexsut qoyulmuşdur.
  • Dimitrov - Aşağı Qoylasar (Sufla Qoylasar) - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət funksiyasında iştirak edən aşağı sözü ilə «qala» və «hasar» sözlərinin təhrif edilmiş forması olan qoylasar sözündən əmələ gəlmişdir. Erm.SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Dimitrov qoyulmuşdur.
  • Doveğ - Balakənd - Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Toponim «kiçik» mənasında işlənən bala və «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Kəndin adı dəyişdirilib Doveğ qoyulmuşdur.
  • Dprabak - Çaykənd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dprabak qoyulmuşdur.
  • Draxtik - Toxluca - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Erm. SSR AS RH-nin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur.
  • Drek - Carcaris - İrəvan quberniyasının Aleksandropol qəzasında rayonunda kənd. 1978-ci ildə Drek adlandırılıb.
  • Dzaramut - Molla Eyyublu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. Kəndin adı əvvəlcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır.
  • Dzitankov - Bəzirxana - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Toponim burada əkilən zəyərək bitkisindən çəkilən bitki yağı «bəzir» sözünə xana sözünün qoşulmasından əmələ gəlmişdir. Fitotoponimdir. 1924-cü ildə adı dəyişdirilib Dzitankov qoyulmuşdur.
  • Dzorageğ - Vəliağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Kəndin adı 1920-ci ildə dəyişdirilib Dzorageğ (Dərəkənd) qoyulmuşdur.
  • Dzoragyuğ - Dərəkənd - İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində, indi Quqark rayonunda kənd. Kəndin adı erməni dilinə kalka edilərək Dzoragyuğ (Dərəkənd) adlandırılmışdır.
  • Dzorakap - Boğazkəsən - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Toponim tayfa adı əsasında formalaşmışdır və iki hissədən ibarətdir: «boğaz» ismi ilə -ən feli sifət şəkilçisi qəbul etmiş «kəsmək» felinin birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzorakap qoyulmuşdur.
  • Dzoraket - Kolagirən - Tiflis quberniyasının Borçalı qəzasının ərazisində, indi Quqark rayonunda vağzal. Yaşayış məntəqəsi kimi 1920-ci ildən sonra fəaliyyət göstərmişdir. Yəni 1918-1920-ci illərdə Türkiyədən köçürülən ermənilər həmin ərazidə yerləşdirilmişdir. Vağzalın adı (daha sonra yaşayış məntəqəsi) kolagirən türk tayfasının adını əks etdirir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Dzoraket (Dərəçay) qoyulmuşdur.
  • Dzoraqet - Kolagirən - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Quqark rayonunda kənd. Erm. SSR AS RH-nin 10. IX. 1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Antaramut qoyulmuşdur. Bəzi mənbələrdə kəndin adının 1978-ci ildə yenidən dəyişdirilib Dzoraqet adlandırıldığı bildirilir.
  • Dzoraqlux - Gülablı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Erm. SSR AS RH-nin 15. VI. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Dzoraqlux (Dərəbaş) qoyulmuşdur.
  • Dzoraşen - Üçüncü Qarakilsə- İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzoraşen (Dərəkənd) qoyulmuşdur.
  • Dzoraxpyur - Tacirabaq - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 4. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Dzoraxpyur qoyulmuşdur.
  • Dzorvank - Qaraqaya - İrəvan quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzorvank (Dərəqala) qoyulmuşdur.
  • Dzovaber - Yayıcı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd.. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Dzovaber qoyulmuşdur.
  • Dzovagyuğ - Çubuxlu -İrəvan quberniyasının Yeni Bayazid qızasında,indi Sevan rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzovagyuğ(Gölkənd) qoyulmuşdur.
  • Dzovazard - Hacı Muxan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Kəndin adı 1924 - cü ildə dəyişdirilib Muxan qoyulmuşdur. Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilərək kənd Dzovazard adlandırılmışdır.
  • Dzovinar - Kolagirən - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Dzovinar qoyulmuşdur.
  • Eçmiədzin - Üçkilsə - İndi Ermənistan adlanan respublikada inzibati rayon. 1930-cu ilin sentyabrın 9-da yaranmışdır. Rayon 1945-ci il martın 3-nə kimi Vağarşabad adlanmışdır. 3 mart 1945-ci ildən Eçmiədzin adlanır. XI əsrə qədər rayonun ərazisi ərəblərin işğalı altında olmuş, XI-XIII əsrlərdə səlcuqların, XIV-XV əsrlərdə monqollarm hakimiyyətinə tabe olmuşdur. XV-XVI əsrlərdə Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin hakimiyyətinin tabeliyində, daha sonra 1502-1827-cı illərdə İrəvan xanlığının inzibati ərazi bölgüsünə daxil olmuşdur. 1827-cı ildə Rusiya tərəfindən işğal edildikdən sonra yeni yaranan inzibati ərazi bölgüsünə əsasən rayonun ərazisinin bir hissəsi İrəvan quberniyasının İrəvan qəzasına, bir hissəsi isə Eçmiədzin qəzasının tərkibində olmuşdur. İndiki Eçmiədzin rayonunun köklü sakinləri azərbaycanlılar olmuşdur. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinə əsasən 1828-30 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən, Türkiyənin Van, Sasun, İqdır, Sürməli vilayətlərindən ermənilər köçürülmüşdür. Rayonun adı IV əsrdə (303 - cü il ) tikilən məbədin adı (ASE, IV c., B., 1980, s.123) əsasında yaranmışdır. Adı əvvəlcə dəyişdirilib Vağarşabad qoyulmuşdur. Erm.SSR AS RH-nin 12.lll.1945-ci il fərmanı ilə adı yenidən dəyişdirilib Eçmiədzin adlandırılmışdır.----- Vağarşabad
  • Ferik - Kürəkəndi - İrəvan xanlığının Karbibasar mahalında kənd. 1978-ci ildə Ferik adlandırılıb.
  • Geğadir - Kərpicli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotyak, Abovyan) rayonunda kənd. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Geğadir qoyulmuşdur.
  • Geğamavan - Şəhriz (Şahruz) - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Geğamavan qoyulmuşdur.
  • Geğanist - Göykümbət - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Geğanist qoyulmuşdur.
  • Geğanuş - Güdqum - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Erm. SSR AS RH-nin 29. VI. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Geğanuş qoyulmuşdur.
  • Geğasar - Tapanlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Geğasar qoyulmuşdur.
  • Geğatap - Murteyl - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.I.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Çiçəkbulaq, Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə adı yenidən dəyişdirilərək Geğatap qoyulmuşdur.
  • Gərni - Baş Gərni - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Kənd Gərni çayının mənbəyində salınmışdır. Toponim türk dilində «çayın mənbəyi» mənasında işlənən baş sözü ilə urartu dilində «qala» mənasında işlənən gərini (gərni) sözü əsasında formalaşmışdır. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gərni qoyulmuşdur.
  • Getan - Qaraqula - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib, Getan qoyulmuşdur
  • Getap - Qoytur - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Getap qoyulmuşdur.
  • Getapi - Qasıməli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Erm. SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Getapi qoyulmuşdur.
  • Getaşen - Cəfərabad - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm. SSR AS RH-nin 4. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Getaşen (Çaykənd) qoyulmuşdur.
  • Getavan - Qızqala - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Getavan (Çayqəsəbəsi) qoyulmuşdur.
  • Getazat - Ağcaqışlaq - Qəmərli (Artaşat) rayonunda kənd. Toponim «ağımtıl, bozumtul düzən, çöl» mənasında işlənən ağca sözü ilə qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm.SSR AS RH-nin 21.VI.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25.V.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Getazat qoyulmuşdur.
  • Getik - Çaykənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Getik (Çaykənd) qoyulmuşdur.
  • Getik - Əlixan - İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935 –ci il tarixli fərmanı ilə adı dəyişdirilib Getik (Çaykənd) qoyulmuşdur.
  • Getk - Daharlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Getk qoyulmuşdur.
  • Gexaşen - Çatqıran - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Abovyan, Kotayk) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Gexaşen qoyulmuşdur.
  • Güllüdərə - Mollaqışlaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Güllüdərə qoyulmuşdur.
  • Haric - Qıpçaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Haric qoyulmuşdur.
  • Harjis - Yaycı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Harjis qoyulmuşdur.
  • Hartaşen - Qayıqulu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonu ərazisində kənd. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə dəyişdirilib Hartaşen qoyulmuşdur.
  • Hartavan - Qarakilsə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Hartavan qoyulmuşdur.
  • Haştarak - Saratu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Kəndin adı dəyişdirilərək Haçdərək, sonra Haştarak qoyulmuşdur.
  • Hatis - Kənkan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Hatis qoyulmuşdur
  • Hatsaşen - Sabunçu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Talin rayonunda kənd. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Hatsaşen (Çörəkkənd) qoyulmuşdur.
  • Hatsavan - Avdalar- Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Toponim abdal türk tayfasının adına cəmlik bildirən -ar şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hatsavan (çörək qəsəbəsi) qoyulmuşdur.
  • Hatsik - Toparlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hatsik qoyulmuşdur
  • Hayanist - Qaraqışlaq - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Dostluq, Ermənistanın prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Hayanist qoyulmuşdur.
  • Haykadzor - Qoşavəng - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Haykadzor qoyulmuşdur.
  • Haykasar - Sarıbaş - İrəvan quberniyasının Aleksandropol qəzasında,indiki Artik rayonunda kənd. Erm. SSR AS RH-nin 15. VII. 1948-ci il fərmanı ilə adı dəyişdirilib Haykasar qoyulmuşdur.
  • Haykaşen - Qarğabazar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.V.1965-ci il fərmanı ilə adı dəyişdirilib Haykaşen qoyulmuşdur.
  • Haykavan - Bacoğlu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Toponim nəsil adı əsasında formalaşmışdır. Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Haykavan qoyulmuşdur.
  • Haykavan - Təpədibi - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm. SSR AS RH-nin 4.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Haykavan qoyulmuşdur.
  • Haykedzor - Qulalı - Tiflis quberniyasının Qazax qəzasında, indi Şəmşəddin rayonunda kənd. Erm. SSR AS RH-nin 4.V.1939 - cu il fərmanı ilə adı dəyişdirilib Haykedzor qoyulmuşdur.
  • Hayravan - Əyrivəng - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hayravan qoyulmuşdur.
  • Hayrenyas - Sonqurlu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Erm. SSR AS RH-nin 31. V. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Hayrenyas qoyulmuşdur.
  • Hayrk - Daşkənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Hayrk (ata) qoyulmuşdur.
  • Həbilkənd - Bulaqlı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Toponim X əsrdə yaşamış yağma türk tayfasının bir boyunu təşkil edən bulaq etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «bulaq tayfasına məxsus yaşayış yeri» mənasını ifadə edir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Həbilkənd, sonra yenidən dəyişdirilib Kalinin qəsəbəsi qoyulmuşdur.
  • Hedzor - Köçbək - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hedzor qoyulmuşdur.
  • Hnaberd - Qırxdəyirman - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ələyəz (Araqadz) rayonunda kənd. Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Hnaberd qoyulmuşdur.
  • Hoğmik - İlli Qarakilsə -Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. 1920-ci illərdə İlli adlandırılıb və Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Hoğmik qoyulmuşdur.
  • Hovanadzor - Axtala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi (Tumanyan) rayonu ərazisində çay. Tona (Debet) çayının sol qoludur. Adı dəyişdirilib Hovanadzor qoyulmuşdur.
  • Hovit - Kiçik Kəpənək - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Erm. SSR AS RH-nin 7.Xll.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hovit qoyulmuşdur.
  • Hovk - Haqqıxlı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. 1930-cu ilin axırlarına kimi, Dilican rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin adı Haxkıxlı, Haxkıxlı türki formalarında qeyd edilmişdir . Kənddə 1897-ci ildə 372 nəfər, 1904-cü ildə 347 nəfər, 1916-cı ildə 450 nəfər, 1919-cu ildə 121 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ilin mart ayında kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalmış və deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulduqdan sonra sağ qalan haqqıxlılar kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 306 nəfər, 1926-cı ildə 331 nəfər, 1931-ci ildə 412 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında ermənilər kəndə təcavüz etmiş, sakinləri Ermənistan dövlətinin göstərişi ilə deportasiya olunmuşdur. Toponim türk mənşəli haqqıxlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vurğun (Azərbaycan şairi S.Vurğunun şərəfinə), Ermənistan prezidentinin 19.V.1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Hovk qoyulmuşdur.------- Vurğun
  • Hovtaşad - Şorlu (Şöllü Mehmandar) - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.I.1978-ci il fərmanı ilə adı dəyişdirilib Hovtaşad qoyulmuşdur.
  • Hovtaşen - Kutniqışlaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə dəyişdirilib Hovtaşen qoyulmuşdur.
  • Hovtun - Baytar - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Toponim baytar (baydar) türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Hovtun qoyulmuşdur.
  • Hovuni - Yasovul - İrevan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hovuni qoyulmuşdur.
  • Hrazdan - Çaykənd - İrəvan xanlığının Göyçə mahalında kənd. 1935-ci ildə adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
  • İcevan - Karvansaray - İndiki Ermənistanın şimal-şərqində inzibati rayon və yaşayış məntəqəsi. 1920-ci illərdən İcevan adı ilə rəsmiləşdirilmişdir. Rayon kimi 1930-cu il sentyarın 9-da təşkil edilmişdir.
  • İsahakyan - Qarabulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin(Ani) rayonunda kənd. Erm. SSR AS RH-nin 30.VI.1945-ci il kəndin adı dəyişdirilib İsahakyan (erməni yazıçısı Avetik İsahakyanın familiyası) adlandırılmışdır.
  • İşxansar - İşıqlı dağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Dağın adı dəyişdirilib İşxansar qoyulmuşdur.
  • Kakavadzor - Yaşıl - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Erm. SSR AS RH-nin 12.XI.1946-cı ü fərmanı ilə adı dəyişdirilib Kakavadzor qoyulmuşdur.
  • Kakavasar - Kefli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilərək Kakavasar qoyulmuşdur.
  • Kalavan - Əmirxeyir - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında,indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Ermənistan prezidentinin 19.lV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Kalavan qoyulmuşdur
  • Kamo - Hacı Nəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kamo qoyulmuşdur.
  • Kamo - Kəvər - İrəvan xanlığının Göyçə mahalında, İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda yaşayış məntəqəsi, rayon mərkəzi. Erm. SSR AS RH-nin 13. IV. 1959-cu il fərmanı ilə adı dəyişdirilib Kamo qoyulmuşdur.
  • Kamxut - Çaxmaq - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndim adı dəyişdirilib Kamxut qoyulmuşdur.
  • Kanaçut - Dovşanqışlaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Kanaçut qoyulmuşdur.
  • Kaput - Gabud - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Arpaçayın sol qolu olan Axtaçayın yaxınlığında yerləşir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Kaput qoyulmuşdur.
  • Kaputan - Göykilsə - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Kaputan (kaput göy deməkdir) qoyulmuşdur.
  • Kapuyt liç - Göygöl - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Adı dəyişdirilib Kapuyt liç (Göygöl) qoyulmuşdur.
  • Karaberd - Daşqala - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Karaberd (Daşqala) qoyulmuşdur.
  • Karaberd - Sarımsaxlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karaberd (Daşqala) qoyulmuşdur.
  • Karadzor - Əfəndi - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Karadzor qoyulmuşdur.
  • Karakert - Qaraburun - İrəvan quberniyasının Eçmiədzin qəzasında indi Talin rayonunda kənd. Erm. SSR AS RH-nin 31.VII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Karmraşen (Qırmızı kənd), 21.l.1965-cı il fərmanı ilə yenidən dəyişdirilib Karakert (daş tikintisi) qoyulmuşdur.
  • Kard - Gərd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kard qoyulmuşdur.
  • Karmirgyuğ - Qul Əli - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Erm. SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Karmirgyuğ (Qırmızı kənd) qoyulmuşdur.
  • Karmrakar - Dərbənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karmrakar qoyulmuşdur.
  • Karnut - Dirəklər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karnut qoyulmuşdur.
  • Katnacur - Qaral - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.
  • Katnarat - Pirməzrə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Erm. SSR AS RH-nin 29. VI. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Katnarat qoyulmuşdur
  • Katnaxbuyr - Qoturbulaq - Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Katnaxbuyr qoyulmuşdur.
  • Katnaxpyur - Ağadərəsi- Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Toponim Azərbaycan dilində «varlı, zadəgan, mülkədar» mənasında işlənən ağa və III şəxsin təkinin mənsubiyyət şəkilçisi (-si) qəbul etmiş dərə sözlərindən əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Katnaxpyur (Südlü bulaq) qoyulmuşdur.
  • Katnaxpyur - Ağazor- Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Erm.SSR AS RH-nin 4.IV.1946 - cı il fərmanı ilə adı dəyişdirilib Katnaxpyur qoyulmuşdur.
  • Katnaxpyur - Mehribanlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Katnaxpyur qoyulmuşdur.
  • Kavçut - Qovşud (Qovşuq, Qovşutlu) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kavçut qoyulmuşdur.
  • Kaxaki - Qaraiman - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sovetkənd, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilib Kaxaki qoyulmuşdur.
  • Kaxnut - Maqauz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Erm. SSR AS RHnin 29.VI. 1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Kaxnut qoyulmuşdur
  • Kaxsracur - Şirinsu - Ələyəzçay ilə Dəliçayın kəsişdiyi yerdə, hündürlüyü 150 metr olan şəlalə. Əslində Şırran-Su. 1934-cü ildə dəyişdirilib Kaxsracur adlandırılıb.
  • Keçud - Quşçu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keçud qoyulmuşdur.
  • Keğamabak - Qayabaşı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Keğamabak qoyulmuşdur.
  • Keğanist - Qolqat - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Keğanist qoyulmuşdur.
  • Ketahovit - Talakənd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Erm. SSR AS RH-nin 25. I.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ketahovit qoyulmuşdur.
  • Keti - Böyük Keyti - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.
  • Kexadzor - Gözəldərə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Erm. SSR AS RH-nin 15. VII. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Kexadzor (Gözəldərə) qoyulmuşdur.
  • Kirants - Güney - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25. V. 1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır.
  • Kirovakan - Böyük Qarakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd. Quqark rayonunun ilk adı. Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Kirovakan adlandırılmışdır.
  • Kokohovit - Təknəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Kokohovit qoyulmuşdur.
  • Komk - Gomur - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. 1831-1931-ci illərdə burada azərbaycanlıların yaşadığını erməni alimi Z. Qorqodyanın əsərində aydın şəkildə göstərilir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Komk qoyulmuşdu.
  • Kotayk - Yelqovan - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Kotayk qoyulmuşdur.
  • Krasar - Qurdlubulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Krasar qoyulmuşdur.
  • Kraşen - Ağkilsə - Düzkənd (Axuryan) rayonunda kənd. Kəndin ərazisindəki ağ rəngdə olan kilsəyə görə oykonim Ağkilsə adlandırılmışdır. Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kraşen qoyulmuşdur.
  • Kuçak - Əlidan - İrevan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Kuçak qoyulmuşdur.
  • Kut - Zərzibil - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Erm.SSR AS RH-3.I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zərkənd, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə ikinci dəfə dəyişdirilib Kut qoyulmuşdur.---- Zərkənd
  • Kutakan - Sultanəli qışlağı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin adı əvvəlcə dəyişdirilərək Canəhməd qoyulmuşdur. Erm. SSR AS RH-nin 3.VII.1969 -cu il fərmanı ilə kəndin adı dəyişdirilib Günəşli, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilib Kutakan adlandırılmışdır.----------- Canəhməd
  • Kuybışev - Çubuxlu - Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Kəndə ruslar köçürüləndən sonra 1840 -cı ildə adı dəyişdirilib Pakrovka qoyulmuşdur. Erm SSR AS RH-nin 4.V.1939-cu il fərmanı ilə adı yenidən dəyişdirilərək V.V.Kuybışevin şərəfinə Kuybışev qoyulmuşdur.
  • Lancanist - Qədili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancanist qoyulmuşdur.
  • Lancar - Birəli (Pirli) - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. 1590-cı il tarixli «İrəvan əyalətinin müfessəl dəftəri»ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri» ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
  • Lancaxpyur - Güzəcik - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Lancaxpyur qoyulmuşdur.
  • Lancaxpyur - Küzəcik - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancaxpyur (dağ ətəyindən axan bulaq) qoyulmuşdur.
  • Lancik - Musluqlu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. Erm. SSR AS RH-nin 30.II.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Lancik qoyulmuşdur.
  • Lçap - Ağzıbir- Kəvər (Kamo) rayonunda kənd. Toponim «tək bir çıxacağı olan yer» «kiçik dağ yolu» mənasında işlənən ağzıbir sözü əsasında formalaşmışdır. Toponimin yaranması Göyçə gölünə yalnız quru ilə çıxışı (ağzı) olan yarımada ilə bağlıdır. Erm.SSR AS RH-nin 7.XII.1945-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Lçap qoyulmuşdur.
  • Lçaşen - Ördəkli - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lçaşen (Kölkənd) qoyulmuşdur.
  • Lçavan - Yanıqpəyə -(bəzi mənbələrdə Yarpızlı) - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lçavan (Gölkənd) qoyulmuşdur.
  • Lenuği - Aşağı Əylənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Toponim əylənli nəsil adı əsasında əmələ gəlmişdir. «Aşağı» sözü fərqləndirici əlamət bildirir. Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lenuği (Lenin yolu) qoyulmuşdur.
  • Lernagyuğ - Çorlu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə Kəndin adı dəyişdirilib Lernatsk, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Lernagyuğ (Dağkəndi) qoyulmuşdur.
  • Lernahovit - Qarakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernahovit qoyulmuşdur.
  • Lernakert - Kəsikbaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. Erm. SSR AS RH-nin 7. XII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernakert qoyulmuşdur.
  • Lernamerdz - Ayarlı - Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara köməklik məqsədini güdən şəhər yoxsullarından ibarət təbəqə» mənasını bildirən ayarı sözü əsasında əmələ gələn ayarlı nəsil adı əsasında əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Lernamerdz qoyulmuşdur.
  • Lernanist - Yuxarı Axta - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernanist qoyulmuşdur.
  • Lernarot - Maqda - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Erm. SSR AS RH-nin I. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Lernarot qoyulmuşdur.
  • Lernaşen - Şinadağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Erm. SSR AS RH-nin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernaşen (Dağkəndi) qoyulmuşdur
  • Lernut - Arıxvəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Toponim türk mənşəli arıq etnonimi ilə Vəli şəxs adından əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 21.X.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernut qoyulmuşdur.
  • Liçk - Gölkənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Kəndin adı erməni dilinə kalka edilərək Liçk (Göl) qoyulmuşdur.
  • Liçkazor - Calakənd - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Kəndin adı dəyişdirilib Liçkazor qoyulmuşdur.
  • Lusagyuğ - Qaranlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lusagyuğ qoyulmuşdur.
  • Lusakert - Talıboğlu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Erm. SSR AS RH-nin 15. VII. 1948-ci il fərmanı ilə adı dəyişdirilib Lusakert qoyulmuşdur.
  • Lusakunk - Tuskulu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. II əsr müəllifı Klavdi Ptolomey Qafqaz dağları ilə Xəzər sahili arasında tuskların yaşadığını göstərir (145, s.38). Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusakunk qoyulmuşdur.
  • Lusarat - Şıxlar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Erm. SSR AS RH-nin 26. XII. 1968-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lusarat qoyulmuşdur
  • Lusaxpyur - Ağbulaq- Hamamlı (Spitak) rayonunda kənd. Toponimin Azərbaycan dilində «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Lusaxpyur qoyulmuşdur.
  • Lusaxpyur - Söyüdlü - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Lusaxpyur qoyulmuşdur.
  • Lyusaberd - Çıraqlı – Ələyəz dağının şimal-şərqində qədim qala. 1934-cü ildə Lyusaberd adlandırılıb.
  • Maisyan - Ortakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Maisyan (May ayının adı ilə bağlıdır) qoyulmuşdur.
  • Makanyaz - Qızılkilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Karmiravan (Qırmızı qəsəbə) qoyulmuşdur. Qızılkilsə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında kilsə. Ermənilər dəyişdirib Makanyaz vəng qoyublar.
  • Makaraşen - Hacı Qara - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Erm.SSR AS RH-nin 1.III.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Makaraşen, 26.X.1957ci il fərmanı ilə isə Lernapat qoyulmuşdur.
  • Makenis - Qızılvəng - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Erm. SSR AS RH-nin 24.VII.1940-cı il fərmanı ilə adı dəyişdirilib Çiçəkli, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilərək Makenis qoyulmuşdur.
  • Maralik - Molla Kökcə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Erm. SSR AS RH-nin 3.l. 1935ciil fərmanı ilə kəndin adı dəyişdirilib Maralik qoyulmuşdur.
  • Markahovit - Bozgöy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Kənd Həmzəçimən çayının yanında yerləşir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Markahovit qoyulmuşdur.
  • Marmaraşen - Ağhəmzəli - Masis rayonunda kənd. Erm.SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Marmaraşen qoyulmuşdur.
  • Marmaraşen - Ağhəmzəli - Zəngibasar (Masis) rayonunda kənd. Toponim Azərbaycan dilində «zadəgan», «seyid», «ruhani» mənasında işlənən ağa sözü ilə qızılbaşların həmzəli etnonimi əsasında əmələ gələn etnotoponimdir. Erm.SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Marmaraşen qoyulmuşdur.
  • Marmarik - Paşakənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Marmarik qoyulmuşdur.
  • Marmaşen - Yuxarı Qanlıca - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Erm. SSR AS RH-nin 26.lV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Marmaşen qoyulmuşdur.
  • Martuni - Aşağı Qaranlıq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Ermənistanda rayon mərkəzi. Toponim məkan mə'nası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mə’nasını bildirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Toponimdəki «aşağı» sözü fərqləndirici əlamət bildirir. Oykonimin adı 1926-cı ildə dəyişdirilib Martuni qoyulmuşdur.
  • Martuni - Gödəklər - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Ermənilər buraya köçürüldükdən sonra 1924 - cü ildə kəndin adı dəyişdirilib Martuni qoyulmuşdur.
  • Masis - Toxanşalı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Masis qoyulmuşdur.
  • Masis - Uluxanlı - İrəvan quberniyasının İrəvan qəzasında kənd. İndi Zəngibasar (Masis) rayonunda şəhər tipli qəsəbə. Kəndin adı 1924 - cü ildə dəyişdirilib Nərimanlı qoyulmuşdur. Sonra Erm.SSR AS RH-nin 31.XII.1937-ci il fərmanı ilə dəyişdirilib Zəngibasar, 31.VII.1950-ci il fərmanı ilə yenidən dəyişdirilərək Masis adlandırılmışdır-------- Nərimanlı
  • Masis - Zəngibasar - İndiki Ermənistanda inzibati rayon. Qəmərli (Artaşat) rayonundan 18 kənd, Vağarşabad (Eçmiədzin) rayonundan 14 kənd götürülüb 1937-ci il dekabrın 1-də Zəngibasar rayonu təşkil edilmişdir. 1953-cü ildə rayon ləğv edilərək ərazisi Qəmərli (Artaşat) və Vağarşabad (Eçmiədzin) rayonları arasında bölüşdürülmüşdür. 1969 - cu il yanvarın 14-də yenidən rayon bərpa edilərək Masis rayonu adlandırılmışdır. Rayonun indiki ərazisi VII-XI əsrlərə qədər ərəb işğalı altında olmuşdur. XI əsrdən Səlcuq türklərinin, 1230 - cu ildə monqol-tatarlarının tabeliyində olmuşdur. XVI əsrdən Çuxur Səd bəylərbəyliyinin, XVIII əsrdən XIX əsrin əvvəllərinə kimi İrəvan xanlığının tərkibinə, XlX əsrdən XX əsrin 20-cı illərinə qədər İrəvan quberniyasının İrəvan qəzasının tərkibinə daxil edilmişdir (Ermənistan Sovet Ensiklopediyası, VI c., İrəvan, 1980, s.269). Erm.SSR AS RH-nin 31.VI.1950-ci ildə adı dəyişdirilib Masis qoyulmuşdur.
  • Masis qəsəbəsi - İpəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Masis qəsəbəsi qoyulmuşdur.
  • Masis sovxozu - Hacı Elyaz - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
  • Masrik - Sultan-Səlim - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində kənd. Toponim XV əsrdə yaşamış türk sultanı Sultan Səlimin adı ilə bağlıdır. Ermənilər kəndə «itburnuluq» adı verən Masrik adını qoymuşlar.
  • Mayakovski - Şahab - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 11.IV.1940-cı il fərmanı ilə adı dəyişdirilib Mayakovski qoyulmuşdur.
  • Medz - Bəykənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Toponim qədim türk dilində «təpə, yüksəklik, zirvə» mənasında işlənən bəy (bək) sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Medz Parni qoyulmuşdur
  • Medz Mantaş - Böyük Arıxvəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Toponim tayfa (arıx) və şəxs (Vəli) adlarından törəmişdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Medz Mantaş qoyulmuşdur.
  • Medz Sariar - Böyük Sarıyal - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibinə daxil idi. Kəndin başqa adı Saral olmuşdur . Toponim fərqləndirici əlamət bildirən «böyük» sözü ilə qədim türk dilində «düzənlik, düz, çöl, sahə» mənasında işlənən sara (sarı) və «dağın döşü, dağın yamacı», «dağ keçidi, təpə», müasir Azərbaycan ədəbi dilində «hündür bir yerin təpəsi», «dikdir», «yoxuşun başı» mənasında işlənən yal sözlərinin birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə adı dəyişdirilib Medz Sariar (Böyük Sarıyal) qoyulmuşdur.
  • Medz Sepasar - Böyük Şiştəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Toponim Azərbaycan dilində «dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi» mənasında işlənən şiş sözü ilə «kiçik dağ» mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS.RH-nin 12.XI.1946-cı il fərmanı ilə dəyişdirilib Medz Sepasar (Böyük Şiştəpə) qoyulmuşdur.
  • Medzavan - Şahnəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Medzavan (Böyük qəsəbə) qoyulmuşdur.
  • Meğnadzor - Tayçarıq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Meğnadzor (Ballı dərə) qoyulmuşdur.
  • Meğraşad - Qaraməmməd - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Meğraşad qoyulmuşdur.
  • Meğraşen - Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Toponim qədim türk mənşəli bulqar tayfasından olan qazan tayfasının adına -çı şəkilçisinin artırılması ilə düzəlmişdir. Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Meğraşen (Balkənd) qoyulmuşdur.
  • Meğvahovit - Qaraisa - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur.
  • Məlikgyuğ - Məlikkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Məlikgyuğ (gyuğ erməni dilində kənd deməkdir) qoyulmuşdur.
  • Metsamor - Qaranqu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda çay. Çayın adı dəyişdirilib Sevcur (Qarasu) və Metsamor qoyulmuşdur.------- Sevcur
  • Metsamor - Qəmərli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Metsamor qoyulmuşdur.
  • Mraqaşat - Keçili - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm.SSR AS RH-nin 4. IV.1946-il fərmanı ilə adı dəyişdirilib Mraqaşat qoyulmuşdur.
  • Mravyan - Damcılı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı da dəyişdirilib Mravyan qoyulmuşdur.
  • Mrqanuş - Zöhrablı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqanuş qoyulmuşdur.
  • Mrqastan - Hacılar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Mrqastan qoyulmuşdur.
  • Mrqavet - Gödəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqavet qoyulmuşdur.
  • Mrqavet - Qaradağlı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkaşen, 20.X.1967-ci 11 fərmanı ilə yenidən dəyişdirilərək Mrqavet qoyulmuşdur.
  • Musaelyan - Böyük Kəpənək - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Toponim qədim türk dilində «yapıncı» mənasında işlənən kəpənək sözündən düzələn kəpənəkçi etnonimi əsasında əmələ gəlmişdir. Kəpənək sözünə «yıpınçı» mənasında «Kitabi-Dədə Qorqud»da rast gəlinir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Musaelyan qoyulmuşdur.
  • Musaelyan - Bozyoxuş - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə k əndin adı dəyişdirilib Musaelyan qoyulmuşdur.
  • Musagyuğ - Aşağı Türkmənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Toponim «Türkmən tayfasının yaşadığı kənd» anlamını verir. Etnotoponimdir. Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Musagyuğ (Musakənd) qoyulmuşdur.
  • Mxçyan - İmanşalı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mxçyan qoyulmuşdur.
  • Nahabetavan - Xaçakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Paros, 30.l.1961-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək Nahabetavan qoyulmuşdur.
  • Nalbandyan - Böyük Şəhriyar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Nalbandyan qoyulmuşdur.
  • Nalbandyan - Şərəfabad - İrəvan xanlığının Sərdarabad mahalında kənd. 1950-ci ildə ermənicə Nalbandyan adlandırılıb.
  • Nerkin Bazmaberd - Aşağı Ağcaqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində «ağımtıl, quru, bozumtul düzən, çöl» mənasında işlənən ağca sözünə qala sözünün qoşulmasından əmələ gəlib «ağımtıl, bozumtul yerdə tikilən qala yanındakı kənd» mə'nasının ifadə edir. Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Nerkin Bazmaberd (Aşağı Rəngbərəng, çal qala) qoyulmuşdur.
  • Nerkin Crapi - Çırpılı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Crapi, sonra Nerkin Crapi qoyulmuşdur.
  • Nerkin Getaşen - Aşağı Adyaman - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Nerkin Getaşen (Aşağı Çaykənd) qoyulmuşdur.
  • Nerkin Sasunaşen - Aşağı Qarakoymaz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. «Böyük dağın, təpənin gün düşən, cənub tərəfində olan kənd» mə'nasını ifadə edir. Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Nerkin Sasunaşen qoyulmuşdur.
  • Nerkin Talin - Aşağı Talin - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində «söyüd ağacı, söyüd kolu» mənasında işlənən tal sözündən və türk dilində «daxma, koma, mağara, kaha» mənasında işlənən in sözündən əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Nerkin Talin qoyulmuşdur.
  • Niqavan - Danagirməz - İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdiriləcək Ovit, 21.X.1967-cı il fərmanı ilə yenidən adı dəyişdirilib Niqavan qoyulmuşdur.
  • Nizami - Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəgibasar (Masis) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Nizami (Azərbaycan şairi N.Gəncəvinin adı) qoyulmuşdur.
  • Noemberyan - Barana - indiki Ermənistanda inzibati rayon. Azərbaycan və Gürcüstanla həmsərhəddir. 1801-cı ildə Rusiya tərəfindən işğal edilmişdir. XIX əsrdə Gəncə quberniyasının Qazax-Şəmşəddin qəzasına daxil idi. 1920-29-cu illərdə indiki Ermənistanın şimal rayonları ilə birlikdə Loru-Pəmbək qəzasının tərkibinə daxil edilmişdir. Rayon kimi 1937-ci ildə təşkil edilmişdir. Erm. SSR AS RH-nin 4.1.1938-ci il fərmanı ilə adı dəyişdirilib Noemberyan qoyulmuşdur.
  • Noemberyan - Barana - Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. Toponim qoraqoyunlu tayfa ittifaqına daxil olan və «qoyun», «qoç» sözündən yaranan baranilər etnonimi (ASE, II c., B., 1978, s.25; 271, s.29) əsasında yaranmışdır Etnotoponimdir. Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyşdirilib Noemberyan qoyulmuşdur.
  • Nonadzor - Nüvədi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonunda verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969 - cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir. Ermənistan dövlətinin xüsusi göstərişi ilə indiki Ermənistan ərazisində sonuncu azərbaycanlı kəndi olan Nüvədi kəndinin sakinləri - azərbaycanlılar 1991-ci il avqustun 8-də tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Ermənistan prezidentinin 1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nonadzor qoyulmuşdur.
  • Nor Artaqes - Kiçik Şəhriyar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Nor Artaqes qoyulmuşdur.
  • Nor Aznaberd - İtqıran - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gülüstan, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilib Nor Aznaberd qoyulmuşdur.
  • Nor Kyank - Məçitli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd. Erm. SSR AS RH-nin l.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Nor Kyank qoyulmuşdur.
  • Nor Qoxb - Xaraba Sarvanlar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1920-ci ildə kəndin adı dəyişdirilib Nor Qoxb (Yeni Qoxb) qoyulmuşdur.
  • Norabak - Böyük Qaraqoyunlu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Erm. SR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Əzizli, Ermənistan prezidentinin 19.l.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Norabak qoyulmuşdur.
  • Norabats - Yengicə - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Erm.SSR AS RH-nin 25.1978-ci il fərmanı ilə adı dəyişdirilib Norabats qoyulmuşdur.
  • Noraber - Qayalı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.ll.1950-ci il fərmanı ilə dəyişdirilib Noraber qoyulmuşdur.
  • Noramut - Qaraqala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Noramut qoyulmuşdur.
  • Noraşen - Əskipara - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 4.l.1938-ci il fərmanı ilə adı dəyişdirilib Noraşen (Yeni kənd) qoyulmuşdur.
  • Noraşen - Saçlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Erm. SSR AS RH-nin 15. VII. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Noraşen (Yeni kənd) qoyulmuşdur.
  • Nor-Yexi - Çatqıran - İrəvan xanlığının Vedibasar mahalında kənd. Çudkənd və Qraçorluda adlandırılıb. 1957-ci ildə Bazmavan, 1967-ci ildə Nor-Yexi adlandırılıb.
  • Nşavan - Alpava - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Toponim qədim türk dilində «igid, qoçaq, cəsur» mənalarında işlənən alp sözü ilə türk dilində «düzənlik, geniş yer» , «dərə, vadi» mənasında işlənən ova sözünün fonetik variantı olan ava sözünün birləşməsindən əmələ gəlib, «igidlərin, qoçaqların məskəni, yurdu, düzənlik, vadi» mənasını ifadə edir. Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusakert, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Nşavan qoyulmuşdur.
  • Odzun - Uzunlar - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Erm.SSR AS RH-nin 30.IX.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Odzun qoyulmuşdur.
  • Oktember - Sərdarabad - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Oktember qoyulmuşdur
  • Oktemberyan - Sərdarabad - İndiki Ermənistanda inzibati rayon. 9 sentyabr 1930 -cu ildə yaradılmışdır. Erm. SSR AS RH-nin 9.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Böyük Oktayabr Sosialist inqilabının şərəfinə Oktemberyan (1992-ci ildən Armavir) qoyulmuşdur.
  • Ovanandzor - Ovandərə - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib (kalka edilərək) Ovanandzor (Ovandərə, «dzon> dərə deməkdir) qoyulmuşdur.
  • Ovtaşen - Muğanlı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Muğan, 25.l.1978ci il fərmanı ilə yenidən dəyişdirilib Ovtaşen qoyulmuşdur.
  • Panik - Kaftarlı - İrəvan quberniyasının Aleksandropol qəzasında. indiki Artik rayonunda kənd. İndiki Ermənistanın Torpaq Komitəsinin 1924 - cü il qərarı ilə kəndin adı dəyişdirilib Panik qoyulmuşdur.
  • Paqaxbyur - Soyuqbulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Paqaxbyur qoyulmuşdur
  • Parakar - Şirabad – İrəvan xanlığının Zəngibasar mahalında kənd. 1935-ci ildə ermənicə Parakar adlandırılıb.
  • Particak - Bağçacıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Particak qoyulmuşdur.
  • Petrovka - Qurdqala - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Kəndin adı XIX əsrin 60-cı illərində dəyişdirilib Petrovka qoyulmuşdur.
  • Pokr Mantaş - Kiçik Arıxvəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Pokr Mantaş qoyulmuşdur.
  • Pokr Sariar - Kiçik Sarıyal - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sariar qoyulmuşdur.
  • Pokr Sepasar - Kiçik Şiştəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sepasar (Kiçik Şiştəpə) qoyulmuşdur.
  • Pokr Vedi - Kiçik Vedi - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Kəndin adı erməni dilinə kalka edilərək Pokr Vedi (Pokr kiçik deməkdir) formasında rəsmiləşdirilmişdir
  • Pokraşen - Kiçik Kəti - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Erm. SSR AS RH-nin 26.X.1946-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernantsk, 21. X. 1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Pokraşen (Kiçik kənd) qoyulmuşdur.
  • Porak - Axarbaxar - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonun ərazisində dağ. Adı dəyişdirilib Porak qoyulmuşdur.
  • Pştavan - İydəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm.SSR AS RH-nin 10.IV.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Pştavan qoyulmuşdur.
  • Ptğavan - Quru Araz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Sonralar kəndin adı dəyişdirilərək Ptğavan qoyulmuşdur.
  • Ptxavan - Ayrım - Qazax-Şəmsəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Toponim ayrım türk etnonimi əsasında düzəlmişdir. Kəndin adı dəyişdirilib Ptxavan qoyulmuşdur.
  • Puşkino - Gərgər - Tiflis quberniyasının Borçalr qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Erm. SSR AS RH-nin 14.ll.1937-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək A. S. Puşkinin şərəfinə Puşkino qoyulmuşdur.
  • Qalidzor - Qaladərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonundakı kənd. Toponim ərəb dilində «möhkəmləndirilmiş yer, şəhər» mənasında işlənən qala sözü ilə Azərbaycan dilində «iki dağ və ya təpə arasında, düzənlikdə uzun, dərin çuxur» mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib «dərədə yerləşən qala yanında olan kənd» mənasını ifadə edir. Kəndin adı erməni dilinə kalka edilərək Qalidzor (Qala dərəsi) qoyulmuşdur.
  • Qamışlı - Qanlı Allahverdi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Erm. SSR AS RH-nin 12.VIII.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qamışlı qoyulmuşdur.
  • Qandzak - Yengicə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Erm.SSR AS RH-nin 10.IX.1964 - cü il fərmanı ilə adı dəyişdirilib Qandzak qoyulmuşdur.
  • Qandzakar - Yuxarı Ağdam - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İçevan) rayonunda kənd. Kəndin adı 1920-ci ildə dəyişdirilib Qandzakar qoyulmuşdur.
  • Qarcaxpyur - Gödəkbulaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Erm. SSR AS RH-nin 12. VIII. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qarcaxpyur (Gödəkbulaq) qoyulmuşdur.
  • Qarmraşen - Kotanlı - İrəvan quberniyasının Şərur - Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Kəndin adı 1924 - cü ildə dəyişdirilib Qarmraşen (Qırmızıkənd) qoyulmuşdur.
  • Qarnasar - Adıyaman - Qaranlıq (Martuni) rayonunda dağ. Adı dəyişdirilib Qarnasar qoyulmuşdur.
  • Qarnhovit - Adıyaman - Talin rayonunda kənd. Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Qarnhovit qoyulmuşdur.
  • Qay - Aşağı Xatınarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. 1670-80-cı illərdə Çuxur-Səd bəyləribəyi Səfixanın Qarasu çayından çəkdirdiyi arxın kənarında onun arvadı Xatın kənd saldırmış və həmin kənd Xatınarx adlanmışdır. Türkmənçay müqaviləsindən sonra 1828-29 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir. Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Qay qoyulmuşdur.
  • Qeğarkuni - Başkənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Toponim Azərbaycan dilində «böyük», «əsas», «yuxarı» mənasında işlənən baş sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qeğarkuni qoyulmuşdur
  • Qehart - Artız – Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə dəyişdirilib Qehart qoyulmuşdur.
  • Qexadzor - Türk Gözəldərəsi - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Qexadzor (Gözəldərə) qoyulmuşdur.
  • Qexarot - Keşişkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Qexarot qoyulmuşdur.
  • Qexovit - Qaranlıq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Erm. SSR AS RH-nin 5.VII.1968-cı il fərmanı ilə adı dəyişdirilib Qexovit qoyulmuşdur.
  • Qisaxkavan - Vəlikənd - Tiflis quberniyasının Borçalı qəzasında, indi Şəmşəddin rayonunda kənd. Antropotoponimdir. Erm. SSR AS RH-nin 4.IV.1939 - cu il fərmanı ilə adı dəyişdirilib Qisaxkavan qoyulmuşdur.
  • Qızıl Şəfəq - Cücəkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.
  • Qızıl Şəfəq - Şıxlar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıl Şəfəq qoyulmuşdur.
  • Qladzor - Ortakənd- İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Erm. SSR AS RH-nin 10. IX. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qladzor (Qaladərəsi) qoyulmuşdur.
  • Qoçavan - Dəmirçilər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Qoçavan qoyulmuşdur.
  • Qoqaran - Goran - Spitak ryonunda kənd adı. 1946-cı ildə dəyişdirilib Qoqaran adlandırılıb.
  • Qorki - Qaraməhəmməd - Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Kəndin adı 1801-cı ildə dəyişdirilib Rusiya çarının şərəfinə Aleksandrovka qoyulmuşdur. Erm. SSR AS RH-nin 22.ll.1939 - cu il fərmanı ilə adı yenidən dəyişdirilib rus şairi Maksim Qorkinin şərəfinə Qorki qoyulmuşdur.----------- Aleksandrovka
  • Qriboyedov - Aralıq Kolanlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Toponim Azərbaycan dilində «orta, iki yerin arası, ara» mənasında işlənən aralıq sözü ilə mənsubluq bildirən -lı şəkilçisinin qəbul etdiyi kolanı türk tayfa adı əsasında əmələ gəlib «aralıqda kolanı tayfasına aid kənd» mənasını ifadə edir. Kəndin adı əvvəlcə dəyişdirilib Aralıq, sonra Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Qriboyedov qoyulmuşdur.
  • Qtxadzor - Gözəldərə - Ararat rayununda kənd adı. 1946-cı ildə Qtxadzor adlandırılıb.
  • Qukasavan - Kalara - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Qukasavan qoyulmuşdur.
  • Qukasvan - Göydərə - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. 1948-ci ildə dəyişdirilib Qukasvan adlandırılıb.
  • Qukasyançay - Qızılqoç - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda çay. Adı dəyişdirilib Qukasyançay qoyulmuşdur.
  • Qumayri - Gümrü - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. İndi Ermənistan adlanan respublikada şəhər. Oykonimin adı 1837-cı ildə dəyişdirilərək Rusiya çarı Aleksandrın şərəfinə Aleksandropol qoyulmuşdur. V. İ. Leninin ölümü ilə bağlı olaraq yaşayış məntəqəsinin adı Erm. SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il fərmanı ilə dəyişdirilib Leninakan qoyulmuşdur. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı yenidən dəyişdirilərək ilkin adına uyğun olaraq Qumayri («Gümrü» sözünün erməni dilinin qaydalarına uyğunlaşdırılmış formasıdır) adlandırılmışdır.
  • Quqariç - Şişqaya - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Quqariç qoyulmuşdur.
  • Quqark - Yaqublu - İrəvan quberniyasının Aleksandropol qəzasında. indi Quqark rayonunda kənd və rayon mərkəzi. Erm. SSR AS RH-nin 1.IV.1946-cı il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Meğrud, 25.V.1983 - cü il fərmanı ilə yenidən dəyişdirilərək Quqark qoyulmuşdur.------------- Meğrud
  • Qusanagyuğ - Qapılı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Qusanagyuğ (Aşıq kəndi) qoyulmuşdur.
  • Razdan - Aşağı Axta - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Toponim fərqləndirmə mə'nasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Erm.SSR AS RH-nin 30.VI.1959 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan qoyulmuşdur.
  • Razdan - Axta - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunun inzibati mərkəzi. Toponim oğuz tayfası - padarların bir qolunu təşkil edən axta etnonimi əsasında formalaşmış etnotoponimdir. Erm.SSR AS RH-nin 30.V.1956-cı il tarixli fərmanı ilə adı dəyişdirilib Razdan qoyulmuşdur.
  • Razdan çayı - Zəngi - İrəvan quberniyasında, indiki Ermənistanda çay. Bu çay başlanğıcını Göyçə gölündən alır. Axta (Razdan), Sevan rayonlarından, İrəvan şəhərindən, Zəngibasar (Masis) rayonunun ərazisindən axıb Araz çayına tökülür. Adı dəyişdirilib Razdan çayı qoyulmuşdur.
  • Rya təzə - Kondaksaz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Rya təzə (Təzə həyat) qoyulmuşdur.
  • Şadcrek - Qoşabulaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şadcrek (Çoxsulu) qoyulmuşdur.
  • Şahap - Şahablı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Şahap (Şaqap) qoyulmuşdur.
  • Sallı - Sallı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 14 km şimal-qərbdə, «Səlim gədiyindən gələn çayın Dərələyəzdən Göyçəyə gedən magistral yolun üstündə» yerləşir. 1828-ci ildə tərtib edilmiş « İrəvan əyalətinin icmal dəftəri»ndə Salçı kimi , Qafqazın 5 verstlik xəritəsində Sallı formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin ilk adı Sal formasında göstərilir. Kənddə 1831-ci ildə 77 nəfər, 1873-cü ildə 422 nəfər, 1886-cı ildə 560 nəfər, 1897-ci ildə 668 nəfər, 1904-cü ildə 624 nəfər, 1914- cü ildə 675 nəfər, 1916-cı ildə 678 nəfər, 1919 - cu ildə 65 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Kəndin aborigen əhalisi - azərbaycanlılar 1919-cu ilin sonlarında erməni təcavüzü nəticəsində ata-baba torpaqlarından qovulmuş və kəndə İranın Xoy və Səlmas vilayətlərindən ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz doğma yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 147 nəfər azərbaycanlı, 64 erməni, 1926-cı ildə 204 nəfər azərbaycanlı, 81 erməni, 1931-ci ildə 242 nəfər azərbaycanlı, 102 erməni yaşamışdır . SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə kəndin azərbaycanlı sakinləri zorla Azərbaycanın Salyan rayonuna köçürülmüşdür. Burada əhalinin bir hissəsi Bərdənin İmirli kəndinə gəlmiş, oradan da bəziləri yenidən Sallıya – ata-baba yurdlarına qayıtmışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən yenidən deportasiya olunmuşdur . İndi burada ermənilər yaşayır. Toponim sal qədim türk etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «sal tayfasının yaşadığı yer» mənasını bildirir. Etnotoponimdir. Qurulşca düzəltmə toponimdir.
  • Salvard - Əlili - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Salvard qoyulmuşdur.
  • şamb - Şamb - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Şamkəndi kimi qeyd edilmişdir (348, s.291). Toponimin ilkin forması «Şam»dır. Toponimin sonundakı «b» samiti sonradan artırılaraq erməni dilində «qarğı, qamış» mənasını verən şamb formasına uyğunlaşdırılmışdır.
  • Sangyuğ - Sarıgah - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Erm. SSR AS RH-nin 10.V.1951-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sangyuğ qoyulmuşdur.
  • Şaqik - Qarabulaq - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şaqik qoyulmuşdur.
  • Saraart - Güllücə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Saraart qoyulmuşdur.
  • Sarakan - Bozdoğan - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Toponim oğuzlara məxsus bozdoğan adlı türk tayfasının adından formalaşmışdır. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sarakan qoyulmuşdur.
  • Sarakyuğ - Dərəköy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm.SS AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sarakyuğ (Dərəkənd) qoyulmuşdur.
  • Saralanc - Başköy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Saralanc qoyulmuşdur.
  • Saralanc - Göyyoxuş - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Saralanc qoyulmuşdur
  • Saralanc - Tulnəbi - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Erm. SSR AS RH-nin 4. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Saralanc qoyulmuşdur.
  • Sarameç - Çotur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Erm.SSR AS RH-nin 26.IV.1946dı il fərmanı ilə adı dəyişdirilib Sarameç qoyulmuşdur.
  • Saranist - Tutiya - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 21. VI. 1948-ci il fərmanı ilə adı dəyişdirilib Saranist qoyulmuşdur
  • Sarapat - Samurlu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarapat qoyulmuşdur.
  • Saratak - İmirxan (Emirxan, İmirxanlı) - İrəvan quberniyasının İrəvan qəzasında, indi Artik rayonunda kənd. «İrəvan əyalətinin icmal dəftəri»ndə İmirxanlı kimi Qafqazın 5 verstlik xəritəsində İmirxan formasında qeyd edilmişdir. Toponim imir (eymur tayfa adının fonetik forması) türk tayfasının adına xan sözünün qoşulmasından əmələ gəlmişdir və «eymur//imir tayfasından olan xana məxsus kənd» mənasını ifadə edir. Erm.SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Saratak qoyulmuşdur.
  • Sarnakunk - Saybalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd. Erm. SSR AS RH-nin 10. IX. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarnakunk qoyulmuşdur.
  • Saruxan - Dəliqardaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Kəndin adı 1920-ci ildə dəyişdirilib Saruxan qoyulmuşdur.
  • Şatin - Həsənkənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şatin qoyulmuşdur.
  • Şatvan - Hüseynquluağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin adı 1924 - cü ildə dəyişdirilərək Azərbaycan yazıçısı və ictimai xadimi N.Nərimanovun şərəfinə Nərimanlı, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilib Şatvan qoyulmuşdur.
  • Şaumyan - Molla Dursun - İrəvan quberniyasının Eçmidəzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Kəndin adı 1920-ci ildə dəyişdirilib Şaumyan qoyulmuşdur.
  • Şaumyan - Yuva - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erm.SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Şaumyan qoyulmuşdur.
  • Sayat Nova - Aşağı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə nəcli türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Erm.SSR AS RH-nin 25.1.1978-ci il tarixi fərmanı ilə adı dəyişdirilib Sayat Nova (erməni şairi) qoyulmuşdur.
  • Şenavan - Bulxer - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Bulxeyir, 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Əbülxeyir, Bulxeyir, Qafqazın 5 verstlik xəritəsində Blxer formalarında qeyd edilmişdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Şenavan qoyulmuşdur.
  • Şenavan - Qızılörən - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Şenavan qoyulmuşdur.
  • Şenevan - Kələkarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm. SSR AS RH-nın I. IV. 1946-cı il fərmanı ilə dəyişdirilib Şenevan (Şenli qəsəbə) qoyulmuşdur.
  • Şenkani - Korbulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şenkani qoyulmuşdur.
  • Sepasar Mete - Şiştəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı. 1946-cı ildə adı dəyişdirilib Sepasar Mete adlandırılıb.
  • Sevaberd - Qaraqala - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 21.VI.1948-ci il fərmanı ilə dəyişdirilib Sevaberd (Qaraqala) qoyulmuşdur.
  • Sevan - Göyçəgölü - İrəvan xanlığının Göyçə mahalında, İrəvan quberniyasının Yeni Bayazid qəzasında göl. Erməni mənbələrində gölün adı Göyçə dərya, Göyçə dəngiz, Göyçay, Göyçə dəniz kimi də qeyd edilir. Göyçə gölünün adı «Kitabi-Dədə Qorqud» dastanlarında çəkilir: «Ondan Şərukun ucundan Göyçə dənizinə təki el çarpdı» . Ümumiyyətlə, müxtəlif illərdə çap olunan «Kitabi-Dədə Qorqud» dastanlarında Göycə gölünün adı Göycə dəniz , Gökcə dəniz (Gökçe Deniz, Dede Korkut kitabı, I, Ankara, 1989, s.225) formalarında qeyd edilmişdir. Göyçə gölü indiki Ermənistanın Kəvər (Kamo), Sevan, Qaranlıq (Martuni), Basarkeçər (Vardenis), Çəmbərək (Krasnoselo) rayonlarının ərazisində yerləşir. Sahəsi 1200 kv.km, orta dərinliyi 28,5 m, maksimal dərinliyi 83 mdir. Göyçə gölü dağarası çökəklikdə, təqribən 1900 m hündürlükdədir. Qafqazın ən iri və uca dağ gölüdür. Şimal-qərbdən Pəmbək, cənubdan Basarkeçər, qərbdən Keğam silsilələri ilə əhatə olunur. Gölə 28 çay tökülür. Göldən isə Zəngi (Razdan) çayı axır (ASE, VIII c., B., 1984, s.320). Hidronim Göyçay sözünün Göyçə formasına düşməsi əsasında əmələ gəlmişdir. Göyçə Göyçay deməkdir. Gölünün suyunun rəngi göy (təmiz, duru mənasında) olduğu üçün Göyçay (>Göycə >Göyçə) adlandırılmışdır. XIX əsrdə indiki Ermənistan ərazisi çar Rusiyası tərəfindən işğal edildikdən sonra ermənilər öz məkrli niyyətlərini həyata keçirmiş, Göyçə gölünün adı dəyişdirilib albanlar tərəfindən qara daşdan tikilmiş kilsəyə uyğun olaraq Sevvank (Qarakilsə) qoyulmuşdur. Rus imperiyası Göyçə mahalını zəbt etdikdən sonra sev (qara), vank (kilsə) sözü də eroziyaya uğramış, ortadakı iki «v» hərfi bir hərf kimi tələffüz olunmuş, sondakı «k» hərfi isə düşmüşdür. Beləliklə, «Sevank» əvəzinə «Sevan» sözü yaranmışdır. ----------- Sevvank
  • Sevan - Güney - Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur.
  • Sevkar - Qaradaş - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Kəndin adı erməni dilinə kalka edilərək Sevkar (Qaradaş) qoyulmuşdur.
  • Şikaxox - Şıxovuz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şikaxox qoyulmuşdur.
  • Şirak - Qonaqqıran - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Şirak qoyulmuşdur.
  • Şirakamut - Nalbənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l. 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Şirakamut qoyulmuşdur.
  • Sis - Sarvanlar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Sis qoyulmuşdur.
  • Sisavan - Yengicə - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sisavan qoyulmuşdur.
  • Sisyan - Qarakilsə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd. İndiki Sisyan rayonun mərkəzi. Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə adı dəyişdirilib Sisavan, sonradan Sisyan adlandırılmışdır.
  • Sizavet - Korbulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki. Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 12. XI. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Saxkaşen, 21. X. 1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Sizavet qoyulmuşdur.
  • Şnox - Şınıx - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.
  • Sorik - Zorba - İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sorik qoyulmuşdur.
  • Şorlu - Böyük Şöllü Dəmirçi - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Şorlu qoyulmuşdur.
  • Sotk - Zod - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Zod kəndinin adı dəyişdirilib Sotk adlandırılmışdır.
  • Sovetakan - Kərimarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Sovetakan qoyulmuşdur
  • Sovetaşen - Yuxarı Çanaxçı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Erm. SSR AS RH-nin 20. IX. 1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sovetaşen qoyulmuşdur.
  • Spandaryan - Məliklər - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Erm. SSR AS RH-nin 4.V.1939 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Spandaryan qoyulmuşdur.
  • Spandaryan - Qalacıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. Kəndin adı qeyri-rəsmi dəyişdirilərək Spandaryan qoyulmuşdur.
  • Spandaryan - Qulucan - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Spandaryan qoyulmuşdur.
  • Spitak - Hamamlı - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. İndiki Ermənistanda inzibati rayon. 1937-ci il dekabrın 31-də Hamamlı adlı rayon yaradılmışdır. Erm.SSR AS RH-nin 26.IX.1949 - cu il fərmanı ilə rayonun, eləcə də kəndin adı dəyişdirilib Spitak qoyulmuşdur.
  • Şqarşik - Şeyx Hacı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şqarşik qoyulmuşdur.
  • Sraşen - Kığı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. 1924 - cü ildə kəndin adı dəyişdirilib Sraşen qoyulmuşdur.
  • Şrvenants - Dəymədağlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. 1920-ci ildə kəndin adı dəyişdirilib Şrvenants qoyulmuşdur.
  • Stepanavan - Cəlaloğlu - Tiflis quberniyasının Borçalı qəzasında kənd. İndi Ermənistan adlanan respublikada inzibati rayon və rayon mərkəzi, şəhər tipli qəsəbə. İndiki Ermənistanın Torpaq Komitəsinin 1923 - cü il qərarı ilə adı dəyişdirilib, azərbaycanlıların qənimi Stepan Şaumyanın adına uyğun Stepanavan qoyulmuşdur.
  • Şurabad - Sultanabad - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Erm. SSR AS RH-nin 12.XI.1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Şurabad (Sovetabad mənasında) qoyulmuşdur.
  • Suser - Birinci Qılıcyataq - İrəvan quberniyasının Adeksandropol qəzasında, indi Talin rayonunda kənd. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən birinci sözü ilə Azərbaycan dilində «hündür bir yerin təpəsi», «dikdir, yolun başı» mənasında işlənən qılıc sözünün «payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer» mənasında işlənən yataq sözünə qoşulması ilə əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Suser qoyulmuşdur.
  • Sverdlov - Heydərbəy - Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Erm.SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sverdlov qoyulmuşdur.
  • Tanahat - Comardlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin dəyişdirilib Tanahat qoyulmuşdur.
  • Tandzut - Armudlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Artik rayonunda kənd. Toponim armud bitki adına çoxluq mənası bildirən -lu şəkilçisinin artırılması ilə düzəlmişdir. Erm.SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tandzut qoyulmuşdur.
  • Tandzut - Böyük Armudlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tandzut (Armudlu) qoyulmuşdur.
  • Tavşut - Təzəkənd - İrəvan quberniyasının İrəvan qəzasında, indi ki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Kəndin adı 1918-ci ildə dəyişdirilərək Tazagyuğ (Təzəkənd) qoyulmuş, sonra Erm. SSR AS RH-nin 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Tavşut adlandırılmışdır.------------- Tazagyuğ
  • Tazagyuğ - Təzəkənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. Kəndin adı erməni dilinə kalka edilərək Tazagyuğ (Təzəkənd) qoyulmuşdur.
  • Torosgyuğ - Gürcüeli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Kəndin adı 1924 - cü ildə dəyişdirilib Torosgyuğ (Toroskənd) qoyulmuşdur.
  • Tretuk - İnəkdağ - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yenikənd, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək Tretuk qoyulmuşdur.
  • Tsağkaşen - Təkərli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Erm. SSR AS RH-nın 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Tsağkaşen (Çiçəkli kənd) qoyulmuşdur.
  • Tsamakasar - Susuz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tsamakasar qoyulmuşdur.
  • Tsapatağ - Babacan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin əsl adı «Babacan dərəsi»dir, Göyçə gölünün yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «Kitabi-Dədə Qorqud» dastanlarında adı çəkilən Baybecan adı ilə bağlı yaranmışdır. Erm. SSR AS RH-nin 25.1.1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Qızılkənd, Ermənistan prezidentinin 19.IV.1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilib Tsapatağ qoyulmuşdur.
  • Tsarqanist - Şaqarda – Tiflis quberniyasının Borçalı qəzasında(indiki Spitak rayonunda) kənd. Dəyişdirilib Tsarqanist qoyulub.
  • Tsaxatskar - Alagöz - Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda qala. Adı dəyişdirilib Tsaxatskar qoyulmuşdur.
  • Tsaxkaber - Avdıbəy- Hamamlı (Spitak) rayonunda kənd. Toponim Avdıbəy şəxs adı əsasında əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 4.V.1939 - cu il fərmanı ilə adı dəyişdirilib Tsaxkaber qoyulmuşdur.
  • Tsaxkahovid - Hacı Xəlil - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Erm.SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə dəyişdirilib Tsaxkahovid qoyulmuşdur.
  • Tsaxkasar - Yuxarı Pirtikan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkasar qoyulmuşdur.
  • Tsaxkaşat - Hacıdur - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Tsaxkaşat qoyulmuşdur.
  • Tsaxkunk - Yuxarı Əylənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tsaxkunk qoyulmuşdur.
  • Tsaxqalanc - Ağcaqala - Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Toponim Azərbaycan dilində sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin qəbul etmiş qədim türk dilində «kiçik, alçaq, çox da hündür olmayan» mənasında işlənən ağ sözü ilə qala sözünün birləşməsindən əmələ gəlib «kiçik, alçaq qala yanında olan kənd» mənasında ifadə edir. Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxqalanc qoyulmuşdur.
  • Tsovak - Aşağı Zağalı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Toponim Azərbaycan dilində «mağara», «kaha» mənasında işlənən zağa sözünə -lı şəkilçisinin artırılması əsasında yaranmışdır. Kənd dağlıq ərazidə, zağa olan yerdə salındığı üçün Zağalı adlandırılmışdır. Relyef əsasında yaranan toponimdir. Aşağı fərqləndirici əlamət bildirən sözdür. Erm.SSR AS RH-nin 12.VIII.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsovak (Göllü) qoyulmuşdur.
  • Tsoxamarq - Cızıxlar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsoxamarq qoyulmuşdur.
  • Ttucur - İmirli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 10 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. Erməni mənbələrində kəndin digər adı Əmirli göstərilir . Mənbələrdə kəndin XVII əsrdə salındığı qeyd edilir (Ermənistan Sovet Ensiklopediyası, IV c., İrəvan, 1978, s.186) Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuzların eymur etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması ilə əmələ gəlib «eymurların (əmirlərin) yaşadığı kənd» mənasını ifadə edir.Oğuzların eymur tayfasının adı həm də imir formasında qeyd edilir . Erm.SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ttucur (Turşsu) qoyulmuşdur.
  • Ttucur - Qoturbulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Sonradan kəndin adı dəyişdirilib Ttucur (Turşsu) qoyulmuşdur.
  • Tufaşen - Armudlu - Hoktamberyan rayonunda kənd. Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tufaşen (Tuf kəndi) qoyulmuşdur.
  • Tumanyan - Allahverdi - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında kənd. İndiki Ermənistanda inzibati ərazi vahidi - rayon və rayon mərkəzi. Toponim borçalı türk tayfasına mənsub allahverdi etnonimi adı əsasında əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 19.IX.1969-cu il fərmanı ilə adı dəyişdirilib Tumanyan (erməni yazıçısı Hovanes Tumanyan) qoyulmuşdur.
  • Uradzadzor - Aşağı Qarabağlar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Kəndin başqa adı Çimənkənd olmuşdur. Toponim fərqləndirici əlamət bildirən aşağı və kəngərli tayfasına mənsub qarabağlar etnonimi əsasında əmələ gəlmişdir. 1918-1920-ci illərdə kəndin adı dəyişdirilib Çimənkənd, sonra Erm.SSR AS RH-nin 25.1.1978ci il fərmanı ilə yenidən dəyişdirilərək Uradzadzor qoyulmuşdur
  • Urcadzor - Çimənkənd - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Urcadzor qoyulub
  • Urtsalanc - Keşişverən - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Erm.SSR AS RH-nin 3. l. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Urtsalanc qoyulmuşdur.
  • Uşakert - Şəvərut (Şahverdi) - İrəvan xanlığının Sərdarabad mahalında kənd. 1968-ci ildə ermənicə Uşakert adlandırılıb.
  • Uşakert - Şalıbulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Uşakert qoyulmuşdur.
  • Uyts - Uz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Uyts qoyulmuşdur.
  • Vağaşen - Avdalağalı - Qaranlıq (Martuni) rayonunda kənd. Toponim türkmənşəli abdal etnonimi əsasında əmələ gələn abdalağalı tayfasının adından yaranmışdır. Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vağaşen qoyulmuşdur
  • Vağatur - Bayandur - İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Erm. SSR AS RH-nin 7.V.1969-cu il fərmanı ilə adı dəyişdirilib Vağatur qoyulub.
  • Vahaqni - Şahəli (Şaqalı) - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Erm. SSR AS RH-nin 10. IV. 1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vahaqni qoyulmuşdur.
  • Vahramabad - Aşağı Qanlıca - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Toponim türk mənşəli qanlı etnoniminə -ca şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü fərqləndirici əlamət bildirir. Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vahramabad qoyulmuşdur.
  • Vanevan - Kərkibaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şəfəq, Ermənistan prezidentinin 19.IV.1991-ci il tarixli formanı ilə yenidən dəyişdirilib Vanevan qoyulmuşdur.
  • Vardablur - Cəngi təpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Vardablur qoyulmuşdur.
  • Vardadzor - Adamxan - Qaranlıq (Martuni) rayonunda kənd. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardadzor qoyulmuşdur.
  • Vardakar - Tomardaş - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Vardakar (Güllüdaş) qoyulmuşdur.
  • Vardakar stansiyası - Tomardaş - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunun Tomardaş kəndinin yanında stansiya. Erm. SSR AS RH-nin 31.VII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Vardakar stansiyası adlandırılmışdır.
  • Vardanaşen - Çubuxçu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib, Vardanaşen (Güllükənd) qoyulmuşdur
  • Vardanik - Gözəldərə - İrəvan quberniyasının Novabayazid qəzasında kənd adı. 1946-cı ildə Vardanik adlandırılıb.
  • Vardaşat - Qaşqa - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardaşat qoyulmuşdur.
  • Vardaşen - Mehrablı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardaşen (Güllü kənd) qoyulmuşdur.
  • Vardaxbyur - Güllübulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Kəndin adı erməni dilinə tərcümə edilərək Vardaxbyur (Güllübulaq) qoyulmuşdur.
  • Vardazor - Atamxan - İrəvan quberniyasının Novobayazid qəzasında (indi Martunu rayonunda) kənd. 1968-ci ildə dəyişdirilib Vardazor qoyulmuşdur.
  • Vardenis - Aşağı Gözəldərə - İrəvan quberniyasında Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Toponim fərqləndirici əlamət bildirən «aşağı» sözü ilə gözəl və dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardenis qoyulmuşdur.
  • Vardenis - Basarkeçər - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Göyçə gölünün yaxınlığında yerləşir. Toponim qıpçaq mənşəli bazar//basar etnoniminə qeyri-qəti gələcək zamanda işlənən keçər sözünün qoşulmasından əmələ gəlmişdir. «Bazar //basar tayfasının keçdiyi, getdiyi yer» mənasını bildirir. Etnotoponimdir. Erm. SSR AS RH-nin 2.VI.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Vardenis qoyulmuşdur.
  • Vardenis - Güllücə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Erm. SSR AS RH-nin 15. VI. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vardenis (Güllü) qoyulmuşdur.
  • Vardenut - Şirvancıq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Erm. SSR AS RH-nшn 15. VII. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Vardenut qoyulmuşdur.
  • Vardhovid - Güllüdüz - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğenadzor) rayonunda kənd. Rayon mərkəzindən 22 km şimal-şərqdə, Erdəpin çayının sol sahilində yerləşir. XIII əsrdən xatırlanır. Ərazidəki bir daşın üstündə kəndin 1291-cı ildə salındığı qeyd edilir. Rayonun ərazisindəki Aşağı Güllüdüzü və Yuxarı Güllüdüzü kəndlərinin 1959-cu illərdə birləşdirilməsi əsasında yaranmışdır. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardhovid (Güllüdüz) qoyulmuşdur.
  • Varser - Çırçır (Sutökülən) - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Sevan rayonu təşkil edilənədək, yəni 31 dekabr 1931-ci ilə kimi Axta (Razdan) rayonunun tərkibində olmuşdur. Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Varser qoyulmuşdur.
  • Vaxçi - Oxçuoğlu - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vaxçi qoyulmuşdur.
  • Vayk - Paşalı - indi Ermənistan adlanan respublikada rayon. 1920-ci ilədək Azərbaycan Respublikasının tərkibində İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının tərkibinə daxil olmuşdur. 1920-ci ildə indi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra Şərur-Dərələyəz qəzası iki yerə bölünmüş və Dərələyəz qəzası Ermənistan SSR-in tabeliyinə verilmişdir. Paşalı rayonunun ərazisi Ermənistan SSR-in Dərələyəz qəzasının inzibati ərazi bölgüsünə daxil edilmişdir. Z. Qorqodyanın 1932-cı ildə çap etdirdiyi «1831-1931-ci illərdə Sovet Ermənistanın əhalisi» kitabında (erməni dilində) Paşalı rayonunun ərazisində 60 kəndin olduğu göstərilir. Rayon kimi 15 oktyabr 1931-ci ildə yaradılmış və rayon mərkəzi Soylan (Əzizbəyov, 12. 10. 1956) adlanmışdır. İndi rayonunun tabeliyində 20 yaşayış məntəqəsi vardır. Erm. SSR AS RH-nin 12. X. 1956-cı il fərmanı ilə rayonun adı dəyişdirilib Əzizbəyov, azərbaycanlılar 1988-ci ilin noyabr - dekabr aylarında rayon ərazisindən deportasiya olunduqdan sonra, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Vayk qoyulmuşdur.
  • Vazaşen - Lələkənd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vazaşen qoyulmuşdur
  • Verin Bazmaberd - Yuxarı Ağcaqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Verin Bazmaberd (Yuxarı müxtəlif rəngli, çal rəngli qala) qoyulmuşdur.
  • Verin Gyodaklu - Yuxarı Gödəkli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Erməni dilinə kalka edilərək Verin Gyodaklu formasında işlədililir.
  • Verin Sasunaşen - Yuxarı Qaraqoymaz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Verin Sasunaşen qoyulmuşdur.
  • Vernaşen - Başkənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Toponim Azərbaycan dilində «böyük, əsas» mənasında işlənən baş sözü ilə kənd coğrafi nomeni əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Vernaşen (Başkənd) qoyulmuşdur.
  • Voroşilov - Atsiq - Zəngəzur qəzasında (indi Meğri rayonunda) kənd. 1940-cı ildə Voroşilov adlandırılıb.
  • Vorotan - Bazarçay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda çay. Bazar türk tayfasının adından və çay coğrafi nomenindən əmələ gəlmişdir. Etnohidronimdir. İndi Vorotan adlanır.
  • Vorotan - Urud - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vorotan qoyulmuşdur.
  • Vosgetap - Şirazlı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vosgetap qoyulmuşdur
  • Voskeask - Molla Musa - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Kəndin adı 1920-ci ildə dəyişdirilib Musakan qoyulmuşdur. Bir daha Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeask adlandırılmışdır.
  • Voskeat - Patrinc - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Erm. SSR AS RH-nin I. XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeat qoyulmuşdur.
  • Vosketas - Quldərviş - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Vosketas qoyulmuşdur.
  • Voskevaz - Qızıldəmir - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib (erməni dilinə kalka edilib) Voskevaz (Qızıldəmir) qoyulmuşdur.
  • Voskevaz - Xoşkotan - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.. Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Voskevaz qoyulmuşdur
  • Xaçardzon - Polad ayrım - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Xaçardzon qoyulmuşdur.
  • Xaçaxbuyr - Çaxırlı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Erm.SSR AS RH-in 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sovetakert, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilib Xaçaxbuyr (Xaçbulaq) qoyulmuşdur.
  • Xaçpar - Haçaparaq - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Erm.SSR AS RH-nin 3 .l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəhmət qoyulmuş, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Xaçpar adlandırılmışdır.
  • Xarkov - Yeniköy - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Kəndin adı dəyişdirilib Xarkov qoyulmuşdur.
  • Xdrans - Sirkətas - Yelizavetpol (Gəncə) quberniyasının Zənəgəzur qəzasında, indi Qafan rayonunda kənd. Kəndin adı 1920-ci ildə dəyişdirilib Xdrans qoyulmuşdur.
  • Xinkoyan - Qaraboya - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Xinkoyan qoyulmuşdur.
  • Xnaberd (Torpaqala) - Torpaqqala - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin 1.XII.1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Xnaberd (Torpaqala) qoyulmuşdur.
  • Xndzorud - Almalı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Almalı türk etnonimidir. Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə dəyişdirilib Xndzorud (Almalı) qoyulmuşdur.
  • Xusakert - Arpavar - Artaşat rayonunda kənd. Erm.SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə dəyişdirilib Xusakert qoyulmuşdur.
  • Yeğek - Şabadin - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Yeğek qoyulmuşdur.
  • Yeğeqnadzor - Keşişkənd - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd. 15 oktyabr 1931-ci ildə indi Ermənistan adlanan ərazidə yaradılan rayonun adı və rayon mərkəzi. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Mikoyan, 6. XII. 1957-cı il fərmanı ilə yenidən dəyişdirilərək Yeğeqnadzor (Qamışlı dərə) qoyulmuşdur.
  • Yeğeqnut - Qaltaxçı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yeğeqnut qoyulmuşdur.
  • Yenacur - Çivinli - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yenacur qoyulmuşdur
  • Yenokavan - Kürdüvan - Yelizavetpol quberniyasının Qazax qəzasında (indiki İcevan rayonunda) kənd adı. Dəyişdirilib Yenokavan adlandırılıb.
  • Yerasx - Arazdəyən - İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Toponim Araz və dəyən (döyən) feli sifətinin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Erm.SSR AS RH-nin 3.VII.1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Yerasx qoyulmuşdur.
  • Yerax - Bozburun - İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda dağ. Dağın adı dəyişdirilib Yerax qoyulmuşdur .
  • Yerevan - İrəvan - Çuxur - Səd bəylərbəyliyinin, indiki Ermənistanın paytaxtı. Ararat vadisinin şimal şərqinində, Zəngi çayının sahilində yerləşir. İlk dəfə adı VII əsrdə (607) xatırlanır (Ermənistan Sovet Ensiklopediyası III c., İrəvan, 1977, s.550). 607-cı ildə katalikos Abraham Dvin şəhərində çağırdığı dini iclasda demişdir ki, burada həm də İrəvandan iki nümayəndə, David və Cocik iştirak eləyirlər . A.P.Simonyan qeyd edir ki, İrəvan adının VII əsrdə çəkilməsi o demək deyil ki, İrəvan VII əsrdən tanınmış və inkişafı bu dövrdən başlayır. İrəvan nümayəndələrinin bu dini iclasda iştirakı onu sübut edir ki, İrəvan yaşayış m əskəni kimi daha qədimdən mövcud olmuş, iqtisadi, ictimai-siyasi cəhətdən inkişaf etmiş bir yer olmuşdur . Şəhərin adı Ruan, 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Rəvan, İrəvan (İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996, s.159), XVII əsr mənbəyində Rəvan, XIX əsr rus və erməni mənbələrində Ayravan, Aravan, Ervan, Errevant, Rəvant, İrvan (Ermənistan Sovet Ensiklopediyası, III c., 1977, s.550), Avropa mənbələrində İrivan formalarında qeyd edilmişdir. Şəhər I Argiştinin e.ə. 782-cı ildə tikdirdiyi Erebuni qalasının yaxınlığında salınmışdır. Rus arxeoloqu M.V.Nikolsk 1893 - cü ildə indiki Ermənistana səyahət edib Göyçə (Sevan) gölünün sahilində qədim yazılan araşdırmış v ə gölün sahilindəki Gölkənd (Zovinar) kəndinin yaxınlığındakı tapdığı yazılan b.e.ə. VIII əsrə aid edir. Bu yazılarda qeyd edilir: Urartu şahı I Rus (e.ə. 730-714) deyib ki, 23 ölkəni, o cümlədən İrəvan ölkəsini zəbt etdim . Bu da İrəvanın daha qədim tarixə malik olduğunu göstərir. İrəvanın VII əsrdə (642-643) ərəblər tərəfindən işğal edilmiş, XI-XIII əsrlərdə səlcuq türklərinin, XIII-XIX əsrlərdə monqol-tatarların tabeliyində, XV əsrdə Qaraqoyunlu dövlətinin tərkibində olmuşdur. XVI əsrdə Səfəvilər dövlətinin tərkibində yaradılan Çuxur-Səd bəylərbəyliyinin, XVIII əsrin ortalarında təşkil edilən Azərbaycan xanlığının mərkəzi olmuşdur. 1827-cı ildə İrəvan Rusiya tərəfindən işğal edilmişdir. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Azərbaycanın tərkibində Rusiyanın tabeliyinə keçmişdir. XIX əsrin 40-cı illərində yaradılan İrəvan quberniyasının, eləcə də XIX əsrdə bilavasitə Rusiyanın himayəsi ilə yaradılan Erməni vilayətinin mərkəzi olmuşdur. 1918-ci ilə kimi İrəvan Azərbaycanın tabeliyində idi. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyski mayın 29-da öz hökumətinin xarici işlər naziri Məhəmmədhəsən Hacınskiyə yazırdı: «Biz ermənilərlə bütün mübahisələri həll etdik, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik» (Paşayev A. Köçürülmə, Bakı, «Azərnəşr», 1995, s.6). Şəhərdə tarixən azərbaycanlılar (erməni mənbələrində azərbaycanlılar islam, farslar, müsəlmanlar adı ilə göstərilir) yaşamışdır və burada XVII-XVIII əsrlərdə çox az sayda ermənilər yaşamışdır. Ermənilər şəhərə geniş surətdə 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1828-30-cu illərdə İran və Türkiyədən köçürülmüşdür . Burada 1831-ci ildə 7331 nəfər azərbaycanlı, 4027 erməni, 1873-cü ildə 5805 nəfər azərbaycanlı, 5959 erməni, 1886-cı ildə 7228 nəfər azərbaycanlı, 7142 erməni, 1897-ci ildə 12516 nəfər azərbaycanlı, 12529 nəfər erməni, 1922-ci ildə 5124 nəfər azərbaycanlı, 40396 nəfər erməni, 1926-cı ildə 4968 nəfər azərbaycanlı, 57295 nəfər erməni, 1931-ci ildə 5620 nəfər azərbaycanlı, 80327 nəfər erməni , 1970-ci ildə 2721 nəfər azərbaycanlı, 738045 nəfər erməni yaşamışdır. Eyni zamanda burada kürdlər, ruslar və başqa millətin nümayəndələri yaşayırdı. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar tamamilə Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. 1988-ci ilin dekabr ayından İrəvanda bir nəfər belə azərbaycanlı yaşamır. Erməni elmi ədəbiyyatında İrəvan adının Erebuni adından əmələ gəldiyi göstərilir ( Ermənistan Sovet Ensiklopediyası, III c., İrəvan, 1977, s.550). İrəvan toponiminin etimologiyası ilə bağlı müxtəlif fikirlər vardır. H.S.Yefrikyan Erivan formasına istinadən qeyd edir ki, bu toponim Yervand şəxs adı əsasında yaranmışdır . Digər fikrə görə, İrəvan toponimi erməni dilində «görünmək», «aşkar olmaq» mənasında işlənən «yerevum» sözündən əmələ gəlmişdir (Ermənistan Sovet Ensiklopediyası, III c., s.550-551). Bununla yanaşı İrəvan toponiminin fars dilində «abad yer» mənasında işlənən rəvan sözündən əmələ gəldiyi fikridə söylənilir. Venesiyada fəaliyyət göstərən «Mxitar birliyi» nümayəndələrinin fikrincə, «İrəvan adının izahı Nuhun Gəmisi haqqında olan rəvayətlə bağlıdır. Mxitarlar, o cümlədən Q.İncicyan «Kirk dzinindost» kitabına istinadən qeyd edir ki, «İrəvan» adı «görünən» (yerval), «peyda olan» (yervan qal) deməkdir. Onun fikrincə, Nuh birinci dəfə sahili görən kimi «göründü» (yervadz) deyir və buradan da «İrəvan» adı yaranmışdır . XIX əsrin rus arxeoloqu M.V.Nikolski toponiminin eri tayfa adı əsasında yarandığını göstərir və qeyd edir ki, burada «eri» tayfası yaşadığı üçün yaşayış məntəqəsi «İrəvan» adlanmışdır . B.Budaqov və Q.Qeybullayevin fikrincə, İrəvan toponimi türk dillərində «dağın gün düşən tərəfi», «dalğavari dağ zirvəsi» mənasında işlənən ir sözü ilə fars dilində «yer» mənasında işlənən «van» sözündən əmələ gəlmişdir . Bu izahlar qaneedici deyil. İrəvan toponiminin İrəvan, Erivan, Arevan, Ervan, İrvan, Errevant, İrivan fonetik variantlarına nəzər salanda aydın olur ki, onların hamısının kökü «ar», «er», «ir» hissəciyindən ibarətdir. Türk dillərində «ar», «er», «ir», «kişi», «igid» mənasında işlənir. Urartu dilində «ölkə» mənasında işlənən ebani sözü vardır. Hr.Kapansyanın fikrincə, «kənd, şəhər» mənasında işlənən avan (avvan//avan) urartu dilində «ölkə, yer» mənasında işlənən abani //ebani/ sözündən əmələ gəlmişdir və «avan» sözü fars dilinə mənsub deyildir . Bu qənaətə gəlirik ki, İrəvan toponiminin ikinci komponenti «əvan» urartu dilində «ölkə», «yer», «kənd», «şəhər» mənasında işlənən «abani//ebani sözünün bir variantıdır. Daha doğrusu «abani» sözündəki «b» səsi «v» səsi ilə əvəzlənərək «abani» sözü «avan», «əvan» formasına çevrilmişdir. Deməli, İrəvan toponimi türk dilində «kişi», «igid» mənasında işlənən «ir» sözü ilə «ölkə», «yer», «kənd», «şəhər» mənasında işlənən ebani (avan) sözü əsasında əmələ gəlib, «igidlər ölkəsi» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. (bax: İ.Bayramov, Qərbi Azərbaycanın türk mənşəli toponimləri, Bakı- “Elm”, 2002, s.164)
  • Yerezqavors - Aralıq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Toponim «hüdud, sərhəd, iki torpağı, mülkü və s.ni bir-birindən ayıran, xətt, mərz», «iki yaşayış məntəqəsi arasındakı məsafə», «ortalıq» mənasında işlənən ara sözünə məkan anlamı bildirən -lıq şəkilçisinin artırılmasından əmələ gəlib «aralıqda, iki yaşayış kəndinin arasında, iki kəndin sərhəddində yerləşən kənd» mənasını bildirir. Erm.SSR AS RH-nin 7.XII.1945-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Yerezqavors qoyulmuşdur
  • Yerincatap - Qarabulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 23 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yerincatap qoyulmuşdur.
  • Yermon - Qovuşuq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Yermon qoyulmuşdur.
  • Yervandaşat - Xeyirbəyli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm.SSR AS RH-nin 25.V.1967-ci ü fərmanı ilə adı dəyişdirilib Yervandaşat qoyulmuşdur.
  • Yexeknut - Molla Bədəl - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdərabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexeknut qoyulmuşdur.
  • Yexeqnavan - Şidli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yexeqnavan qoyulmuşdur.
  • Yexnik - Dədəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexnik qoyulmuşdur.
  • Zarişat - Qoncalı - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zarişat qoyulmuşdur.
  • Zaritan - Paşalı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Əzizbəyov, 8.VII.1957-cı il fərmanı ilə yenidən dəyişdirilərək Zaritan qoyulmuşdur.
  • Zartonk - Qamışlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan-Armavir) rayonunda kənd. Erm. SSR AS RH-nın 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zartonk qoyulmuşdur.
  • Zaxkaşen - Kərimkənd - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. Erm. SSR AS RH-nin 2. III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Zaxkaşen qoyulmuşdur.
  • Zaxqadzor - Dərəçiçək - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda şəhər tipli qəsəbə. 1920-ci illərdə yaşayış məntəqəsinin adı kalka edilərək Zaxqadzor (Dərəçiçək) qoyulmuşdur.
  • Zedsa - Zeytə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zedsa qoyulmuşdur.
  • Zəngilər - Donuzgirən - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəngilər qoyulmuşdur.
  • Ziazan - Qrampa - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Erm, SSR AS RH-nin 25.l.1978-ci ilə adı dəyişdirilib Ziazan qoyulmuşdur.
  • Zorab - Haxıs - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Erm.SSR AS RH-nin 1.XII.1949 - cu il tarixli fərmanı ilə adı dəyişdirilib Zorab qoyulmuşdur.
  • Zoragyuğ - Aşağı Pirtikan - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Toponim qıpçaqların tikan etnonimi əsasında əmələ gəlmişdir. «Tikan tayfasının tikdiyi pirin yanındakı kənd» mənasını ifadə edir. Erm. SSR AS RH-nin 2.3.1940-cı il fərmanı ilə adı dəyişdirilib Zoragyuğ qoyulmuşdur.
  • Zorak - Zəngilər - İndiki Ermənistanın Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 4 km şimal-qərbdə, Zəngi çayının sahilində yerləşir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zorak qoyulmuşdur.
  • Zorakert - Balıqlı - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Toponim qədim türk dilində «sığınacaq, şəhər, qala» mə'nası bildirən balıq sözünə -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur.
  • Zorastan - Axtaxana - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Toponim atçılıqla məşğul olan axta etnonimindən və fars dilində «yaşayış məntəqəsi, ev, kənd» mənasında işlənən xana sözündən əmələ gəlmişdir. Kəndin adı 1918-ci ildə dəyişdirilib Xlataq, sonra Erm.SSR AS RH-nin l.VI.1940-cı ilə fərmanı ilə adı yenidən dəyişdirilib Zorastan qoyulmuşdur.
  • Zovasar - Ağakiçik- Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Toponim «Kiçik ağaya mənsub kənd» mənasında ifadə edir. Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovasar qoyulmuşdur.
  • Zovaşen - Cənnətli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erm. SSR AS RH-nin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lancazat, 21. X. 1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Zovaşen (Gölkənd) qoyulmuşdur.
  • Zovaşen - Dəlikdaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Erm.SSR AS RH-nin 21.VI.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen (Gölkənd) qoyulmuşdur.
  • Zovk - Güllücə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovk qoyulmuşdur.
  • Zuyqaxpyur - Qayqulu Ciftəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Toponim oğuzların qayı etnonimindən, Qulu şəxs adından və mənsubluq bildirən lı şəkilçisinin qoşulduğu «mal-qoyun bəslənən yer» mənasında işlənən cift sözündən əmələ gəlib «qayı tayfasından olan Quluya mənsub mal-qoyun bəslənildiyi yer» mənasını bildirir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Zuyqaxpyur qoyulmuşdur.